Ana ilə iki qızı dəm qazından zəhərləndi
Gəncədə zəhərlənmə hadisəsi vaş verib.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində baş verib. Həmin ərazidə olan mənzillərin birində yaşayan bir ailənin üç üzvü mətbəxdə dəm qazından zəhərlənib.

Məlumata görə, mənzildə qazla işləyən su qızdırıcı mətbəxdə qurulduğu üçün orada oturan ana və 12 və 14 yaşlı qızları dəm qazından zəhərlənib. Onlar xəstəxanaya yerləşdiriliblər. Tibbi yardım göstərildikdən sonra vəziyyətləri normallaşıb.
“Bizi axtarmağa ehtiyac yoxdur” - Qoşulub qaçan qudalar
Ağdaş rayonunda qohum olmağa hazırlaşan qudalar qoşulub qaçıblar.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kükəl kəndində qeydə alınıb.

Belə ki, rayonun Ərəb kəndində məskunlaşan, Şuşa rayonundan olan məcburi köçkün, 1975-ci il təvəllüdlü Rizvan Nizami oğlu Əliyev qızının nişanlısının anası, rayonun Kükəl kənd sakini, 1970-ci il təvəllüdlü Yaqut İsmət qızı Ömərova ilə birlikdə evlənmək məqsədi ilə qaçıblar.

Məlumata görə, R.Əliyevin arvadı qızı ilə bir ildir ki, nişanlı olan kürəkəninin anası Y.Ömərovadan onun ərinə sevgi mesajlarının gəldiyini görüb. Daha sonra ərini izləyib. Məlum olub ki, kürəkəninin anası R.Əliyev qudası Y.Ömərova ilə tez-tez görüşürlərmiş. Bu hadisədən sonra dekabrın 28-də qudalar arasında mübahisə yaranıb və mart ayında toyları planlaşdırılan nişanlı cütlük ayrılıb. Dekabrın 29-da isə qızın atası oğlanın anası ilə birlikdə qaçıb.

Rayonun Kükəl kənd bələdiyyəsinin sədri İttifaq Şərifov bildirib ki, qudaların əvvəllər bir-biri ilə əlaqələri olub: "Bütün kənd şokdadır, olan nişanlı gənclərə oldu. Onlar gərək belə bir addım atmayaydılar. Bildiyimə görə, hər iki tərəfin yaxınları Ağdaş Rayon Polis Şöbəsinə müraciət ediblər".

Kürəkəninin anasını qaçıran R.Əliyev bildirib ki, onlar bir-birilərini sevdiyi üçün qaçıblar: "Biz övladlarımızın ailə qurmasını istəmirdik. Çünki mən Yaqutu sevirəm, o da məni sevir. Bizi axtarmağa ehtiyac yoxdur. Bundan kimə nə?!"
Yol qəzalarında 4 nəfər öldü
Daxili İşlər Nazirliyi 2020-ci il yanvar ayının 2-dən 3-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.

DİN-in Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılıb, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Həmçinin axtarışda olduğuna görə ümumilikdə 4 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ötən sutka Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.
Bakıda “Rıjiy Tofiq” ləqəbli silahlı şəxs saxlanıldı - FOTO
Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat və narkotik vasitə gəzdirən şəxsi saxlayıb.

DİN-dən Avrasiya.net-ə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş "Rıjiy Tofiq"adı ilə tanınan paytaxt sakini Tofik Paşayev tutulub.

Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" konstruksiyalı atəşə yararlı tapança, 1 ədəd həmin silaha məxsus daraq, 5 ədəd patron və 1 büküm ümumi çəkisi 0, 529 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb. Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Binəqədi RPİ-nin İatintaq Şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa aidiyyəti üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.
Bulvarda gənc oğlan özünə bıçaqla xəsarət yetirib
Bakının Səbail rayonu ərazisində 30 yaşlı oğlan özünə bıçaqla xəsarət yetirib.

APA xəbər verir ki, hadisə Dənizkənarı Milli Parkda baş verib.

1989-cu ildə Əliyev Elmar Həsən oğlu özünü park ərazisində bıçaqlayıb.

Yaralı ətrafdakı sakinlərin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
"Corono club"  müştəriləri girov saxladıBakının mərkəzində, “Tarqovi” adlanan ərazidə yerləşən “Corona club” müştəriləri girov saxlayıb.

Bu barədə ictimai fəal Elçin Həsənzadə məlumat verib.

O bildirib ki, buna səbəb müştərilərə təqdim edilən şişirdilmiş hesabın ödənilməməsi olub: “Səhər saat 06:00 olardı. İş yoldaşım telefonu gətirərək “WhatsApp”dakı mesajı oxumağımı istədi. Sms digər iş yoldaşlarımın qrup halında “Tarqovi”da yerləşən “Mojo club”un yaxınlığındakı “Corona club”da girov saxlanmaları ilə bağlı idi. Bunun səbəbi isə hesabın astronomik - 245 AZN olması olub. İş vaxtım bitdikdən sonra iş yoldaşımla birlikdə həmin yerə getdim. Elə qapıda bir nəfərlə qarşılaşdım.

Özünü məkanın işlədəni kimi təqdim edən Elvin adlı şəxs bu hesabın niyə yaranmasını mənə guya izah edirdi. Saxta, heç bir VÖEN nömrəsi olmayan kağıza 245 AZN - 7 ədəd kokteyl istifadə edildiyi yazılmışdı. Əraziyə gəlməzdən öncə “102” xidmətinə hadisəni izah edib, hadisə yerinə polis göndərilməsini xahiş etmişdim. İş yoldaşlarım bildirirdilər ki, biz içəri keçəndən sonra klubdakı qızlar masamıza yaxınlaşdı. Qızlar əyləşdikdən sonra, hərəsi bir şey sifariş edirdi. Mən bunları eşidəndə məkan sahibi Elvin bəyə söylədim ki, bu qızlar haradadı? Gəlsin bir açıqlasın görək öz başına niyə sifariş verir?

Polis əməkdaşları yaxınlaşdı. Biri baş-leytenant, digəri isə serjant olan polislərə eyni hadisəni danışdım. Sağ olsunlar, onlar məkan sahibinə irad bildirdilər ki, bu nə biabırçı hesabdır? Sonra da mənə dedilər ki, iş yoldaşlarınız niyə belə yerlərə gəlirlər? Bilmirlər ki, belə yerlər çox təhlükəlidir. İş yoldaşarıma Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə yaxınlaşıb ərizə yazmağı təklif etdilər. Dostlarım isə razılaşmadılar. Sonda həmin məkan sahibinə 100 AZN ödəyərək həmin yeri tərk elədik.

Bunu yazmaqda məqsədim odur ki, heç kəs o məkana getməsin və ümumiyyətlə, diqqətli olsunlar. Belə fırıldaqçı, dələduz obyektlərə qarşı dövlət qurumları niyə araşdırma aparıb, onları bağlamır?”

Yenisabah.az
manİqtisadiyyatDünyaYazarXalqın səsiAvtoSağlamlıqBölgəRəqəmsalDinHaqqımızdaƏlaqə
Bizi izləyin


Noproblem.az - Web Studio
notification icon
Oğrulardan “Yeni il hədiyyəsi”: villadan 400 min apardılar
Yeni il gecəsi Abşeron rayonunda villadan oğurluq olub.

Report xəbər verir ki, hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb.

Məlumata görə, A.Hüseynovaya məxsus villadan 31 dekabrdan 1 yanvara keçən gecə içərisində 200 min manatlıq qızıl və 120 min dollar pul (ümumilikdə 400 min manatdan çox) olan seyf oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda professorun gənc oğlu zəhərlənib öldü
Professor Rafael Əhmədovun oğlu zəhərlənərək, dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, bu barədə təhsil eksperti Etibar Əliyev məlumat yayıb.

Onun sözlərinə görə, 28 yaşlı Rüfət Əhmədli təxminən iki həftə əvvəl zəhərlənib:

"Ev şəraitində hazırlanan konservləşdirilmiş qidadan zəhərlənən Rüfət xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb".

Qeyd edək ki, R.Əhmədov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fәlsәfә vә Hüquq İnstitunda çalışır.
Klinika sahibinin oğlu gözətçini döyüb öldürdü - Təfərrüat
Bakıda klinika gözətçisinin döyülərək öldürülməsinin bəzi təfərrüatı məlum olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, döyülərək öldürülən 58 yaşlı Muraz Nəbiyev “Aristokrat” tibb mərkəzində gözətçi vəzifəsində işləyib.

Onu klinikanın sahibinin oğlu 31 yaşlı Həsən Rəhimli döyüb.

M.Nəbiyevin halı pisləşəndən sonra o, həkimə aparılıb. Həkimə isə M.Nəbiyevin “infarkt keçirdiyi” deyilib. Həkim müayinəsi zamanı gözətçinin öldüyü məlum olub.

DİN-dən verilən rəsmi məlumata əsasən, dərhal Nərimanov rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə yollanıb, müvafiq zəruri tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün H.Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

H.Rəhimli tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.