Şamaxıda dəhşətli qətl -  25 yaşlı oğlan qəbirstanlıqda öldürüldüŞamaxıda qəbiristanlıqda qətl hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, hadisə fevralın 1-də gecə saat 1 radələrində şəhərin "Yeddi Günbəz" qəbirstanlığında qeydə alınıb.

Şamaxı şəhər sakini 22.07.1991-ci il təvəllüdlü Hacıyev Orxan Asif oğlu aralarında yaranmış mübahisə zamanı üzərində olan mətbəx bıçağı ilə Şamaxı şəhər sakini 26.04.1995-ci il təvəllüdlü Surxayev Ruslan Adil oğlunun bədəninin müxtəlif nahiyələrinə 5 dəfə zərbə endirib. Nəticədə Ruslan Surxayev aldığı xəsarətlərdən ölüb.

Daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib, meyit daxili müayinə olunmaq üçün "MTE və PA ETT Birliyinin" Şamaxı rayon şöbəsinin morquna təhvil verilib.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsilə cinayət işi başlanıb, Hacıyev Orxan Asif oğlu cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılb.
Azərbaycanda mikroavtobus QƏZAYA UĞRADI: Ölən və yaralanan var
Azərbaycanda mikroavtobus QƏZAYA UĞRADI: Ölən və yaralanan var
Göygöl rayonunda xəsarətlə və ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yeni Qızılca kəndində "QAZel" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. İlkin məlumata görə, qəza nəticəsində ölən və yaralananlar var. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.//Report.az
Bakıda qadın marketdə döyülüb
Bakıda döyülmə hadisəsi baş verib.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, hadisə Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən "Bizim market"də qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Leyla Həsənova tanıdığı şəxs tərəfindən döyülüb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona burun sümüyünün sınığı diaqnozu qoyulub.
Bakıda yol polisini bıçaqlamaq istədilərBıçaqla yol polisi əməkdaşına xəsarət yetirmək istəyən sürücünün zərərsizləşdirilməsi barədə DİN-in Baş Dövlət Yol Polisi (DYP) İdarəsi məlumat yayıb.

İdarədən Avrasiya.net-ə daxil olan məlumatda deyilir:

"31.01.2020-ci ildə saat 10:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən 68-ci kilometrində qabaq şüşəsinə sayrışan işıqlar quraşdırıldığına görə YPX inspektorları tərəfindən saxalanılan “Reanault Tondar” markalı, 99-UD-071 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Seyidzadə Mirsamir Mirhəşim oğlu əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmayaraq əlindəki bıçaqla polis əməkdaşına xəsarət yetirməyə cəhd edib, lakin YPX inspektoru polis baş serjantı Anar İbrahimovun cəld hərəkəti və çevikliyi nəticəsində zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə istintaq orqanlarına təhvil verilib".
Yevlaxda itkin düşən qadının meyiti tapıldıYevlax şəhərinin Kolanı kəndində Yuxarı Qarabağ kanalında batdığı ehtimal olunan 1965-ci il təvəllüdlü Nəzərova Şölə Səfər qızının axtarışları başa çatıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Ş.Nəzərovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
16 yaşlı gəlini öldürən qatil həbs olunduMasallı Rayon Məhkəməsində toyundan sonra 16 yaşlı gəlini öldürməkdə şübhəli bilinərək saxlanılan İman Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Masallı rayon Prokurorluğundan Axar.az-a verilən məlumata görə, istintaq orqanının verdiyi təqdimat təmin edilib.

Belə ki, məhkəmə İ.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, yanvarın 29-da Masallı rayonu, 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İ.Məmmədov 2 həftə əvvəl evləndiyi, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanı yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlləri ilə boğaraq öldürüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İ.Məmmədov cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.
Ər-arvad dəm qazından zəhərləndiŞirvanda ər və arvad dəm qazından zəhərlənib.

Avrasiya.net xəbər verir ki,hadisə ötən gecə şəhərin M.Mirzəyev küçəsindəki fərdi yaşayış evində baş verib. Şirvan şəhər sakini 1978-ci il təvəllüdlü Asim Süleymanov və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Zeynəb Süleymanov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. A.Süleymanov xəstəxanaya çatmamış yolda dünyasını dəyişib. Z.Süleymanova isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Fatimə bu evdə öldürülüb - Qonşular deyir ki... - VideoYanvarın 29-u səhər saatlarında Masallının Həsənli kənd sakini, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın öldürülməsi haqda yeni məlumatlar üzə çıxıb.

Avrasiya.net xəbər verir ki, aydın olub ki, Fatimə Qəmbərova həyat yoldaşı İman Məmmədov, qayınata, qaynana və 5 yaşlı baldızı ilə bir evdə qalırmış.

Qonşuları deyib ki, yanvarın 10-da toyları olub. Onların ailəsində mübahisələr baş verməyib.

Ailə yaxınlarından aldığımız ilkin məlumatlara görə, hadisənin baş verdiyi günün səhəri, saat 8 radələrində ailə üzvləri ilə birgə evdən çıxan Fatimə qayınanasını Bakıya yola salıb, qayınata da işə gedib. Fatimə, İman və 5 yaşlı baldızı yenidən evə qayıdıb və güman olunur ki, yatıblar. Saat 10:30-da yuxudan duran İman Fatimənin ağzından köpük gəldiyini görüb və aidiyyəti üzrə məlumat verib. Mərhumun ölümünə səbəb kimi səhhətində olan problem göstərilib. Ancaq gəlinin qohumları bunları təkzib edib.

Lakin məhkəmə-tibbi ekspertin iştirakı ilə Fatimə Qəmbərovanın meyitinə baxış zamanı mərhumun boyun nahiyəsində, sağ əlin arxa hissəsində, həmçinin bel nahiyəsində xəsarətlər aşkar edilib. Mərhumun ölümünə səbəb boyununun sıxılması nəticəsində yaranmış tənəffüs çatışmazlığı olub. Polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Məlum olub ki, Fatimə Qəmbərovanı 2 həftə əvvəl evləndiyi 19 yaşlı Xoşçobanlı kənd sakini İman Məmmədov yaşadıqları evdə yaranmış mübahisə zamanı əlləri ilə boğub. O, sonradan bunu etiraf edib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam edir. Artıq İman Məmmədov haqqında həbs qətimkan tədbiri seçilib.

Xezerxeber.az-in mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik
Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə öldü
Bu gün Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha iki ölüm faktı qeydə alınıb.

Avrasiya.net xəbər verir ki, xəstələrin hər ikisi ağciyərin obstruktiv xəstəlikləri diaqnozundan vəfat edib.

Onlardan biri 1957-ci il təvəllüdlü kişidir. Digər xəstənin isə 1941-ci il təvəllüdlü olduğu bildirilib.

TƏBİB iki nəfərin ölüm faktını təsdiqləyib.
Azərbaycanda ağır qəza - 4 polis yaralandı
Saatlı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, yanvarın 29-da saat 23 radələrində Saatlı rayonu M.F.Axundov küçəsində Bakı şəhər sakini Cavid Bağırov idarə etdiyi “Jeep-Wrangler” markalı avtomobili qarşıda gedən Saatlı Rayon Polis Şöbəsinə məxsus xidməti “Fiat-Doblo” markalı avtomobilə vurub.

Nəticədə xidməti avtomobildə olan 4 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə DİN-in A.Heydərov adına hospitalına yerləşdirilib.

Araşdırmalar zamanı “Jeep-Wrangler”in sürücüsünün sərxoş halda olması müəyyən edilib.