Ağstafada polis maşını polisi vurdu: ölən var
Bu gün Ağstafada yerləşən Peyntbol və Atıcılıq mərkəzinin yaxınlığında, Həsənsu körpüsünün üzərində BMV markalı polis avtomobili Çevik Polis Alayının əməkdaşını vurub.

Bu barədə Axar.az-a daxil olan məlumatda bildirilir ki, Bakı-Qazax magistralında xidmət edən polis maşını hərəkətdə olan zaman avtobusdan düşən digər polis əməkdaşını vurub. Hadisə nəticəsində 1982-ci il təvəllüdlü Fərhad adlı polis əməkdaşı dünyasını dəyişib.

Məlumatı saytımıza Daxili İşlər Nazirliyi (DİN) təsdiqləyib:

“Hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Prokurorluqda bununla bağlı araşdırma aparılır”.
Zaqatalada azyaşlıya təcavüz edən manyak tutulduZaqatala rayonunda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Əli Rəcəbov həbs edilib.

Teleqraf.com xəbər verir ki, Əli Rəcəbov Balakən rayonu ərazisində azyaşlı qıza təcavüz edib.

Azyaşlının ailə üzvlərinin şikayəti əsasında o, həbs edilib.

Məlum olub ki, Əli Rəcəbov azyaşlıya zorakılıq göstərib və daha sonra ona qarşı seksual xarakterli hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Əli Rəcəbovun barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.

Zaqatala rayon Məhkəməsinin qərarı ilə Əli Rəcəbovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İş üzrə istintaq davam edir.
Paytaxtda yeniyetmə qız dəm qazından öldüBakıda yeniyetmə qız dəm qazından ölüb.

Avrasiya.net xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Yeni Yasamal 1, ev 7, mənzil 20-də yaşayan, 2004-cü il təvəllüdlü Məlikova Nəzakət Aqil qızı yaşadığı evin hamamında çimərkən dəm qazından boğulub.

Yeniyetmə qızın meyiti hamamda aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb.
Bakıda səfirin iş otağından 60 min oğurlandıBakıda səfirlik binası qarət edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 20-də yerləşən inzibati binada baş verib. Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanay Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, naməlum şəxslər onun xidməti otağından 35.255 dollar (59933 manat) oğurlayıblar.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) madəsi ilə cinayət işi başlanılıb.
Azərbaycanda itin gözlərini çıxardılar - FOTO
Azərbaycanda naməlum şəxs tərəfindən heyvana qarşı ağlasığmaz hərəkətlər edilib.

Avrasiya.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Paylaşımda hadisənin harada baş verdiyi qeyd olunmasa da, işgəncələrə məruz qalmış itin Sabunçu rayonu Balaxanı qəsəbəsi yaxınlığında tapıldığı bildirilib. Heyvanın fotoları görənləri dəhşətə gətirib.

Naməlum şəxs və ya şəxslər itin gözlərini çıxarıb, ona ağır işgəncələr veriblər. Heyvanı tapan şəxslərin sözlərinə görə, itin cinsiyyət orqanı kəsilib.
Azərbaycanda itin gözlərini çıxardılar - FOTO
Ölkədə buna bənzər hadisələr qeydə alınır. Lakin belə hərəkət edənlər barəsində ciddi tədbirlər görülmür.

Məsələ ilə bağlı “Azərbaycan Heyvanları Mühafizə Cəmiyyəti”nin sədri Azər Qarayev ilə əlaqə saxladıq. Onun sözlərinə görə, heyvanlara qarşı edilən belə qəddar hərəkətlər artır:

“Təəssüf edirəm ki, cəmiyyətimizdə belə vəhşi, insanlığa sığmayan hadisələr baş verir. Fərd olaraq belə hadisələrə səssiz qalmaqla, əslində özümüz də günahkarıq. Bunu törədən canlıya insan demək olmaz”.

A.Qarayevin sözlərinə görə, ölkədə heyvanların mühafizəsi ilə bağlı müvafiq qanun layihəsi hazırlanmalıdır:

“Bütün bunlar ildən-ilə ona görə acınacaqlı hal almağa başlayır ki, Azərbaycanda heyvanların mühafizəsi üçün qanun qəbul edilməyib. İnzibati Xətalar Məcəlləsində heyvanlara qarşı törədilən hər hansı qəddarlığa görə, 500 manata qədər cərimə nəzərdə tutulub.
“İnzibati Xətalar Məcəlləsi - maddə 274 - Heyvanlarla rəhmsiz rəftar edilməsi

Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir”

Lakin qanunun işlək mexanizmi yoxdur. Hüquq-mühafizə orqanları bu kimi hallara göz yumurlar. Biz 10 il əvvəl dövlətə heyvanların mühafizəsi ilə bağlı qanun layihəsi təqdim etmişik. Amma bu qanun indiyə kimi qəbul olunmayıb.

İndi bu heyvanın müalicəsini kim öhdəsinə götürəcək? Onun aqibəti necə olacaq? Sizcə o, bu halda küçədə yaşaya biləcəkmi? Təəssüf ki, yox. Nə qədər ki, heyvanlara qarşı qəddarlıq göstərən şəxslər cinayət məsuliyyətinə cəlb olunmayıb, bu hadisələrin qarşısı da alınmayacaq”.

Xatırladaq ki, it heyvansevərlər tərəfindən Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinə (AARC) aparılıb.
Qobustanda zəhərlənən 5 nəfərdən biri xəstəxanada öldü
Qobustan rayonunda siçan dərmanından zəhərlənən şəxslərdən biri xəstəxanada ölüb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, hadisə nəticəsində zəhərlənən Şıxəliyeva Gülminə Gülbaba qızı qanda olan dəyişiklikdən beyin qansızması keçirib və dünyasını dəyişib:

"Zəhərlənən uşaqlardan biri hazırda əməliyyatdadır. Qalan 3 nəfərin isə vəziyyəti stabildir".


Xatırladaq ki, Qobustan rayonunda bir ailənin 5 üzvü - Elnur Şıxəliyev, Gülçiçək Şıxəliyeva, Məhəmməd Şıxəliyev, Könül Şıxəliyeva və Gülminə Şıxəliyeva siçan dərmanından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.
Azərbaycanda dava edənləri ayıran gənc bıçaqlandı
Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

Report-un xəbərinə görə, hadisə martın 3-də saat 02:00 radələrində şəhərin Ü.Hacıbəyov küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxslərlər 1987-ci il təvəllüdlü Tural Əzizovla dava edib. Bu zaman 1994-cü il təvəllüdlü Hümbət Əhmədov onları ayırmağa gəlib. Nəticədə naməlum şəxs və ya şəxslər H.Əhmədovun qarın nahiyəsindən 1 bıçaq, T.Əzizova isə 5 bıçaq zərbəsi endirib. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.2.1-ci (maddəsi ilə cinayət işi başlanılıb. Cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azərbaycanda kütləvi zəhərlənmə - bir ailənin 5 üzvü siçan dərmanı içdi
Qobustan rayonunda kütləvi zəhərlənmə baş verib.

Avrasiya.net məlumat verir ki, Qobustan şəhər sakinləri - Şıxəliyev Elnur Amil oğlu, Şıxəliyeva Gülçiçək Bərkdəmir qızı, Şıxəliyev Məhəmməd Elnur oğlu, Şıxəliyeva Könül Elnur qızı və Bakı şəhər sakini Şıxəliyeva Gülminə Gülbaba qızı siçan dərmanından zəhərlənib.

Onlar təcili olaraq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır
Bakıda gənc qız pnevmoniyadan öldü
Bakıda 26 yaşlı qadın pnevmaniyadan dünyasını dəyişib.

TƏBİB-dən Avrasiya.net-ə verilən məlumata görə, qadın gecə saatlarında ağır vəziyyətdə təcili tibbi yardımla Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

“Xəstəxanaya çatdırıldıqdan 40 dəqiqə sonra dünyasını dəyişib. İlkin diaqnoza əsasən, ölümə səbəb ikitərəfli bronxit pnevmaniya, ağciyər-ürək çatışmazlığı və ağciyər ödemidir. Hazırda meyit ekspertizaya verilib və daha dəqiq diaqnoz ondan sonra məlum olacaq.
Oğuzda dəhşətli qətl - Təfərrüat açıqlandı
Oğuz rayonunda silahlı indisent olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Kərimli kəndində baş verib.

Rayon sakini, 1965-ci il təvəllüdlü Elşən Abdullayev odlu silahdan açılan atəş nəticəsində güllələnərək öldürülüb.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zərgəm Məsumov həbs edilib.

Məlum olub ki, hadisə həmyerlilər arasında taranan mübahisə zamanı baş verib.

Belə ki, qətlə yetirilən Elşən Abdullayev kənddə ting satırmış.

Bu zaman Elşən Abdullayevin yanına gələn Zərgəm Məsumov bir kisə yonca bitkisinin toxumunu onun avtomobilinə söykəyib.

Buna görə Elşən Abdullayev onunla mübahisə edib. Mübahisə sonda silahlı insidentin baş verməsi ilə nəticələnib.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.