Bakıda VIII sinif şagirdi bıçaqlandı
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. 8-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Kazımov Sənan Kənan oğlu oxuduğu məktəbin 11-ci sinif şagirdi tərəfindən bıçaqlanıb. Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.


Qeyd edək ki, hər iki şagird Bakıxanov qəsəbəsində yerləşən orta məktəblərin birində oxuyurlar.
Ağcabədidə gənc kanalda batdı
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndi ərazisindən keçən hissəsində 1997-ci il təvəllüdlü Bayramov Muxtar Namiq oğlunun batması barədə məlumat daxil olub.

FHN-dən Avrasiya.net-ə verilən məlumaat görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.
Bakıda kişi qardaşı ilə birləşib arvadını qətlə yetirdi
Martın 6-da Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən daş karxanasında Məhəmmədi qəsəbəsində yaşayan Zərnişan Hacıyevanın, Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində isə Natiq Talıbovun qətlə yetirilmiş meyitlərinin tapılmaları barədə DİN-in “102” Zəng Mərkəzinə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin münaqişə zəminində Z. Hacıyevanın əri A. Hacıyev və onun qardaşı tərəfindən törədilməsi müəyyən edilib.



Hacıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi başlanılıb.

Bakıda bir ailənin üç üzvünü avtomobil vurdu
Bakının Nərimanov rayonunda 3 nəfəri avtomobil vurub.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsində baş verib.

1988-ci il təvəllüdlü Əliyeva İntizar İnqilab qızı və onun övladı 2011-ci il təvəllüdlü Əliyeva Yaqut Xəyyam qızı, baldızı 1989-cu il təvəllüdlü Ələkbərova Cəmalə Əmirəli qızını minik avtomobili vurub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Masallıda "Niva" dərəyə aşdı: 3 nəfər öldüMasallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə Güllütəpə ərazi vahidliyində, Köhnə Zuvand kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Niva" markalı avtomobil idarəetmədən çıxaraq dağlıq ərazidən dərəyə yuvarlanıb.

Qəza nəticəsində avtomobildə olan 6 nəfərdən 3-ü dünyasını dəyişib. Yaralılar təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.
Qusarda qardaşını öldürən şəxs tutulduQusar rayonunda qardaşın doğma qardaşı bıçaqlayıb öldürməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

O bildirib ki, martın 5-də saat 18 radələrində Qusar rayonunda 1970-ci il təvəllüdlü Raul Orucovun 1972-ci il təvəllüdlü qardaşı Kəmran Orucovu öldürməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İlkin istintaqla Qusar rayon sakini Raul Orucovun aralarında yaranmış mübahisə zamanı qardaşı K.Orucova bıçaqla zərbə yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

R.Orucov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

O, müdafiəçinin iştirakı ilə dindirilərkən qardaşını qəsdən öldürdüyünü etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Siyəzəndə ağır qəza: 3 nəfər öldüFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonunda “KamAZ” markalı yük avtomobili və “Renault” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

FHN-dən Avrasiya.net-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 3 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bakıda 13 yaşlı qızı qaçırdılar
Bakının Nəsimi rayonu 22-ci Polis Bölməsinin əməkdaşları 13 yaşlı yeniyetmənin qaçırılması faktını araşdırırlar.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Yevlax rayon sakini 31 yaşlı H.Abdullayeva martın 4-ü səhər saat 04:00 radələrində Polis Bölməsinə müraciət edib. O, martın 3-ü saat 20:00 radələrində 13 yaşlı qızı C.M-nin Elnur adlı şəxs tərəfindən qaçırıldığını bildirib.

Onun sözlərinə görə, həmin şəxs qızı evlənmək məqsədi ilə qaçırıb.

Əldə edilən məlumata görə, polis əməkdaşları qızın harada olmasını müəyyənləşdiriblər.

Hazırda hadisənin təfərrüatı dəqiqləşdirilir. Qeyd edək ki, yeniyetmə artıq evindədir.
Bakıda meyiti axtarılan tələbə qızın FOTOSU
10 gün əvvəl Bakı bulvarında özünü dənizə ataraq intihar etdiyi bildirilən Azərbaycan Tibb Universitetinin 3-cü kurs tələbəsi Nəzakət Rzazadənin cəsədi hələ də tapılmayıb.

Publika.az xəbər verir ki, Nəzakət Rzazadənin orta məktəb müəllimi Elçin Əfəndi bildirib ki, artıq 9 gündür ki, axtarışlar nəticə vermir: “Nə sağ olduğu, nə də öldüyü barədə informasiya var. Ərazi üzrə kameralarda qızın görüntüsü yoxdur. Ancaq oğlanın görüntüsü var”.

E.Əfəndi qeyd edib ki, cəsədin tapılmaması və qıza aid olan əşyaların üzə çıxmaması onu göstərir ki, Nəzakət intihar etməyib: “Bu mənim mülahizəmdir. Xahiş edirəm bu məsələni gündəmdə saxlayaq”, - deyə məktəb müəllimi fikirlərini tamamlayıb.

Qeyd edək ki, ilkin məlumatlarda bildirilib ki, 22 yaşlı Nəzakətlə həmkəndlisi, 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu bir-birlərini sevib. Lakin qızın ailəsi onun Babahüseynlə ailə qurmasına qarşı çıxıb. Nəzakət Rzazadə bulvar ərazisinə gələrək valideynlərinə zəng edib. O, həyatdan bezdiyini, özünü öldürəcəyini deyib. Atası gənc qızı fikrindən daşındırmağa çalışsa da o, özünü dənizə atıb. Hadisə vaxtı qızın ardınca bulvara gələn 25 yaşlı Babahüseyn Məmmədov özünü suya ataraq Nəzakəti çıxarmağa cəhd etsə də, onu tapa bilməyib. Bulvar mühafizəçilərinin köməkliyi ilə B.Məmmədov sudan çıxarılıb.

Bildirilir ki, Bakıdakı ticarət mərkəzlərindən birində çalışan B.Məmmədov həmin axşam bərbərlik kursunda olub. Ona görə də bulvara tez çata və Nəzakətə vaxtında mane ola bilməyib. O, dəniz sahilində-suyun üzərində gödəkçə görərək özünü suya atıb. Lakin gödəkçənin boş olduğu məlum olub. Hazırda N.Rzazadənin meyitinin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir. Onun valideynləri qızı Babahüseynə verməyə əvvəlcədən razılaşmasalar da, son anda onların evliliyinə razılıq veribmiş.
Bakıda xəstə vərəm əleyhinə dispanserdə özünü bıçaqladı
Bakıda dispanserdə xəstə özünə bıçaq xəsarəti yetirib.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu Zığ şosesində yerləşən 6 saylı Vərəm əleyhinə Dispanserdə qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Ağayev Cümşüd Hüseyn oğlu özünə bıçaq xəsarəti yetirib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.