Bakıda sürücünü döyüb, maşınını oğurladılar
Bakıda naməlum şəxslər sürücüyə qarşı quldurluq ediblər.

Report xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

A.Şərifzadə küçəsində iki nəfər 1969-cu il təvəllüdlü sürücü Xaqani Səfərova yaxınlaşaraq onu döyüblər və “Şevrolet” markalı avtomobilini əlindən alıblar.

Faktla bağlı araşdırma aparılır.
Müştərilər administratoru döydü - Hesaba görəSumqayıt şəhərində yerləşən “Türkan” restoranında müştərilər və iaşə müəssisəsinin administratoru arasında dava düşüb.

Report xəbər verir ki, 4 nəfər müştəri hesabın çox olmasını deyib. Obyektin ofisiantı bununla razılaşmayaraq administratoru çağırıb. Mübahisə administratorla da davam edib. Mübahisə zamanı həmin müştərilər restoranın administratoru Rafiq Muradovu döyüblər.

Faktla bağlı araşdırma aparılır.
Bakıda daha bir uşaq maqnit udduBakıda daha bir uşaq maqnit udub.

Report xəbər verir ki, 5 yaşlı uşaq ehtiyatsızlıqdan 8 ədəd maqnit udub. Uşağın valideynləri həkimə müraciət ediblər.

Məlum olub ki, maqnitlər uşağın nazik bağırsağını deşib. Həkimlər əvvəlcə qapalı əməliyyat edərək maqnitlərin 4-nü, daha sonra açıq əməliyyat həyata keçirilərək digər 4 maqniti bağırsaqdan çıxarıb. Maqnitlərin yaratdığı fəsadlar aradan qaldırılıb.

Hazırda uşağın vəziyyəti yaxşıdır və müalicəsini evdə davam etdirir.

Qeyd edək ki, bir neçə gün bundan qabaq 2 yaşlı uşaq 5 ədəd maqnit udmuşdu.
Yeni ailə quran gənc qadın ata evində özünü asdı
Sabirabadda gənc qadın özünü asaraq intihar edib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, axşam saatlarında Sabirabad rayonunun Qarağac kənd sakini, 2000-ci il təvəllüdlü Günəşova Adilə Ağasəf qızı ailə münaqişəsi zəminində özünü ata evində asıb.

Yenicə ailə həyatı quran 20 yaşlı qadınla həyat yoldaşının valideyinləri arasında münaqişə yaranıb. Bundan sonra ata evinə qayıdan gənc qadın həmin yaşayış evində istifadə olunmayan otaqda axşam saatlarında özünə qəsd edib. Hazırda qadının meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib.


Faktla bağlı Sabirabad rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Şəmkirdə dəhşətli qəza: ölənlər varŞəmkir rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Üçtəpə kəndindən keçən hissəsində qeydə alınıb. 2 avtomobil toqquşub.

Qəza nəticəsində 3 nəfər dünyasını dəyişib. Ölənlərdən 2-si qardaş olub.
Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutununda daha bir xəstə ölüb.

APA-nın məlumatına görə, Bakı sakini, 1951-ci il təvəllüdlü xanım (K.N) həmin xəstəxanada vəfat edib.

Məsələ ilə bağlı APA-ya açıqlama verən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova ölüm faktını təsdiqləyib və bildirib ki, sözügedən xəstə tibb müəssisəsinə çox ağır şəkildə gətirilib: "Xəstə ötən ilin dekabr ayının 22-də xəstələnib, bir müddət evdə müalicə aldıqdan sonra bu il yanvarın 11-də ağciyərlərin xroniki obstruktivi və böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya müraciət edib. Aparılan müalicələrə baxmayaraq, xəstə yanvarın 22-də vəfat edib”.

Son zaman rəhbəlik etdiyi qurumda ölüm hadisələrini çox olmasına münasibət bildirən H. Qədirova bildirib ki, Ağciyər Xəstəlikləri İnstitutu 3-cü dərəcəli xəstəxanadır: "Xəstələrə tərəfimizdən lazım olan bütün müalicələr təyin olunur. Buraya nisbətən daha ağır xəstələr göndərilir. Ağciyər xəstəlikləri ölüm səbəblərinə görə dünyada 3-cü yerdədir".

Qeyd edək ki, ötən il noyabrın 25-də sözügedən xəstəxanada 31 yaşlı Bağırova Rəhimə Tofiq qızı vəfat edib. Yanvarın 14-də isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan Qəniyev Rəşad və Qafarov Azad da dünyalarını dəyişiblər.
Bakıda silahlı şəxslər saxlanıldı
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Baş İdarəyə Nicat adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində həmin şəxs, paytaxt sakini Nicat Nəsirov tutularaq istintaqa təqdim edilib. Onun idarə etdiyi “Daewoo Gentra” markalı avtomobilə baxış zamanı sandıqçasında 6 ədəd patron olan 1 ədəd “Steçkin” markalı tapança və 1 ədəd pnevmatik tapança aşkar olnaraq götürülüb.

Baş İdarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı Xəzər rayonu Türkan qəsəbəsində, əvvəllər məhkum olunmuş Samir Mayılov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança və 1 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində odlu silah-sursatın onlara məxsus olduğunu və polisə könüllü təhvil vermək əvəzinə üzərlərində gəzdirdiklərini etiraf ediblər.

Faktla bağlı Nicat Nəsirov və Samir Mayılov barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
Bakıda sərnişin avtobus sürücüsünü döydü“Bakı Bus”un sərnişini avtobusa hücum edib.

Report xəbər verir ki, Badamdar qəsəbəsində naməlum sərnişin “Bakı Bus”a məxsus 3 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Faiq Məmmədovu döyüb.

Naməlum şəxs daha sonra təpiklə vuraraq avtobusun şüşəsini sındırıb.

Hadisəni törədən şəxs saxlanılıb.
Bakıda baş redaktorun evi qarət olundu"Sportinfo.az” saytının baş redaktoru İlkin Vaqifoğlunun evi qarət olunub.

Bu barədə Qaynarinfo.az-a o özü məlumat verib. O bildirib ki, hadisə yanvarın 26-da səhərə yaxın baş verib:

"Biz Xırdalanın mərkəzində yaşayırıq. Oğrular dəstə halında olub. Onlar təxminən səhər saat 5:10-da evə daxil olublar. Bacım üçün cehizlik alınmışdı. Oğrular nə alınıbsa, hamısını aparıblar. Ümumilikdə hardasa 5 min manatlıq əşya oğurlanıb”.

İlkin Vaqifoğlu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin "102” xidmətinə məlumat verildiyini vurğulayıb:

"Abşeron Rayon Polis Şöbəsinin əmkadaşları hadisə yerinə gəlib. Artıq hadisə ilə bağlı təhqiqata başlanılıb”.