Göygöldə qonşuların davası - 4 nəfər xəsarət alıb
Göygöldə döylümə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Murovdağ qəsəbəsində qeydə alınıb.

Qəsəbədə məskunlaşan Kəlbəcər rayon sakini, 1987-ci il təvəllüdlü Əliyev Elgün Gəncəli oğlu həmyerlisi 1991-ci il təvəllüdlü Qasımov Alim Nadir oğlu ilə dava edib. Dava zamanı hər iki tərəf xəsarət alıb. Nəticədə Elgün Əliyev və onun həyat yoldaşı - 1991-ci il təvəllüdlü Əliyeva Aynur Hayistan qızı və qarşı tərəfdən olan Qasımov Alim Nadir oğlu, onun qardaşı 1994- cü il təvəllüdlü Qasımov Röyal Nadir oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Xəstələrin vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisə iki qonşunun arasında baş verib. Dava-dalaşa səbəb isə sözügedən şəxslərin birinin övladının digərin həyətinin qapısını açıq qoyması olub.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Dənizdən meyit çıxarıldı
Bakının Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində dənizdən meyit çıxarılıb.

Avrasiya.net Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzin daxil olub.

Bildirilir ki, müşahidə olunan 1 nəfərin meyitinin sudan çıxarılması üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın (şəxsiyyəti dəqiqləşdirilir) meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Azərbaycanda vəzifəli şəxsin polis oğlu bıçaqlandı
Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, rayon sakini Nadim Nadir oğlu Qürbətov həmrəylisi 16 yaşlı yeniyetmə tərəfindən bıçaqlanıb.

Məlumata görə, N.Qürbətov Agcabədi Rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşıdır.

Qeyd edək ki, N.Qürbətovun atası Nadir Qürbətov 82 saylı Ağcabədi dairə seçki komissiyasının (DSK) sədridir.
Sumqayıtda üzərinə hasar uçan fəhlə ölüb
Sumqayıtda kişi daş hasarın altında qalaraq ölüb.

Avrasiya.net-in məlumatına görə, hadisə şəhərin "Qurd dərəsi" bağlar massivində baş verib.

Fərdi yaşayış evlərindən birində fəhlə işləyən şəxsin üzərinə daş hasar uçub. Nəticədə, o, daşların altında qalaraq ölüb.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Astarada 28 yaşlı gənc özünü asıb
Astara rayonunda intihar hadisəsi baş verib.

Hadisə Şiyəkəran kəndində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü kənd sakini Vüqar Rasim oğlu Məmmədovun kəndirdən asılı vəziyyətdə cansız bədəni həyətdəki tövlədə aşkar olunub.

V. Məmmədovun subay olduğu deyilir. Onun ölüm səbəbi hələlik məlum deyil.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirir.
Balakəndə mağaza sahibi quldurlarla əlbəyaxa oldu
Balakən Rayon Polis Şöbəsinə rayonun Gərəkli kəndində baş verən quldurluq hadisəsi barədə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, martın 17-də kənd sakini Vaqif Rüstəmova məxsus mağazaya oğurluq məqsədilə gələn 2 nəfər şəxs mağaza sahibinin orada olduğunu bildikdə onu arxadan boğaraq bıçaqla xəsarət yetirmək istəyiblər. V.Rüstəmov həmin şəxslərə qarşı müqavimət göstərdikdə onlar qaçaraq həmin ərazidən uzaqlaşıblar.

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törədən şəxslərin zərərçəkmişin həmkəndliləri, əvvəllər məhkum olunmuş 23 yaşlı Abdulla Abdullayev və 27 yaşlı Orxan Abdullayev olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılıb, törətdikləri cinayət əməlini etiraf ediblər.

Hər iki şəxs barəsində Balakən RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.
Bakıda ər arvadını bıçaqladı
Bakının Xəzər rayonunda ailə məişət zəminində bıçaqlanma hadisəsi baş verib.

Avrasiya.net xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Hüseynova Zülfiyyə Sadıq qızı əri ilə mübahisə zamanı bıçaqlanıb. Qadın kürəyinin sol hissısinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib (apa).
İranla sərhədimizi pozmağa cəhd edən iki nəfər zərərsizləşdirildi qu- Foto
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində təd­birlər davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən Avrasiya.net-ə verilən məlumata görə, 2020-ci ilin 19 mart tarixində 22:20 radələrində Xidmətin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqa­mətində döv­lət sərhədini pozmaları müşahidə olunub.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xid­məti əra­zi tam qapadıl­mış­dır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri ve­rilərək sər­həd pozu­cuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açıl­mış­dır. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmamış, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd etmişlər.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq olun­muş və hər 2 sərhəd pozucusu zərərsizləşdirilmişdir. Sərhəd pozucu­larının birinin üzərində “Vinçester” tipli tüfəng, digərinin üzərində “Glock” markalı ta­pança və 1 ədəd gecə görmə cihazı, ərazidə patron gilizləri aşkar olunmuş­dur.

Hadisə yerində 2 ədəd böyük kisədə ümumi çəkisi təqribən 61 kq olan əsasən heroin, tiryək və marixuanadan ibarət olan narkotik vasitə­lər aşkar olunmuşdur.

Hadisə yerinin yaxınlığında Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakini 1972-ci il təvəllüdlü Miriyev Nicat Sabir oğlu ve 2-ci Şahsevən kənd sakini 1982-ci il təvəllüdlü Məmmədov Elşən Əli oğlu şübhəli şəxs qismində saxlanılmışlar.

İİR-in sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçi­ri­lərkən aldığı güllə yarasından hadisə yerində vəfat etmiş sərhəd po­zucularının İİR vətəndaşları olmaları müəyyən edilmişdir.

Martın 20-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev həmin sərhəd zastavasında olaraq hadisə yerinə baxış ke­çirmiş, dövlət sərhədinin mühafizəsinin təşkili üzrə əlavə tapşırıqlar vermiş, silahlı sərhəd pozu­cularının zərərsizləşdiril­mə­sində və narkotik qaçaqmalçılığının qarşısı­nın alınmasında fərqlənmiş hərbi qulluqçuları təltif etmişdir. “Novruz” bayramı münasibətilə Azərbaycan Respubli­kasının Pre­­zi­denti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əli­ye­vin Azərbaycan xalqına ünvanladığı təbrik sözlərini sərhəd zasta­va­sının şəx­si heyətinə çatdırmış və bu bayram münasi­bətilə təbrik etmişdir.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir.
Azərbaycanda 49 yaşlı kişi intihar etdi
Kürdəmir sakini intihar edib.

Hadisə Cəyli kəndində baş verib.

Belə ki, kənd sakini 1971-ci il təvəllüdlü Dadaşov Yusif Əlmövsüm oğlu özünü yaşadığı evin tavanından asıb.

Y.Dadaşovun meyiti ailə üzvləri tərəfindən aşkar edilərək, müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Potoloji-Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır. /Qafqazinfo

Ş
Bakıda üç qadın kişini döyüb ikinci mərtəbədən atdıBakıda qonşular arasında dava baş verib.

Hadisə Nəsimi rayonunun “Kubinka” deyilən ərazisində qeydə alınıb.

Davada 1987-ci il təvəllüdlü Rəhmanov Əlibala Azad oğlu və onun xalası oğlu ağır bədən xəsarətləri alıblar.

Belə ki, yaşadığı mənzil plana düşdüyü üçün əşyalarını götürməyə gələn şəxslərlə qonuşlar arasında mübahisə düşüb. Sonda mübahisə dava ilə nəticələnib.

Üçü qadın olmaqla dörd nəfər R. Əlibalanın baş nahiyəsinə üzərində mismarlar olan taxta parçası ilə zərbələr endiriblər və sonra onu ikinci mərtəbədən yerə atıblar.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinədən sonra ona başının kəsilmiş yarası və qapalı kəllə-beyin travması diaqnozu qoyulub, reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır./Report