Bakıya maşının “baqaj”ında girmək istəyən şəxslər saxlanıldı - FOTO
Xüsusi karantin rejimini pozaraq evakuator və avtomobilin yük yerində paytaxta rayon qeydiyyatında olan şəxsləri keçirmək istəyən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən (DİN) Avrasiya.net-ə verilən məlumata görə, bəzi şəxslər xüsusi karantin rejiminin tələblərini pozaraq müxtəlif yollarla paytaxt və ya əks istiqamətdə getməyə cəhdlər göstərirlər. Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları tərəfindən birgə tədbirlər həyata keçirilib.

Belə ki, daxil olan əməliyyat məlumatı əsasında yük daşıma xidmətlərindən birində sürücü işləyən Sabirabad rayon sakini Samit Qədirov saxlanılıb. Araşdırma zamanı müəyyən olunub ki, S.Qədirov Bərdə rayonunda qeydiyyatda olan və paytaxta gəlmək istəyən sürücülərdən biri ilə razılığa gələrək 40 manat müqabilində ona məxsus “VAZ 21074” markalı avtomobili idarə etdiyi evakuatorun yük yerində özünü isə evakuatorun salonunda gizlədərək xüsusi buraxılış rejimi qaydalarına riayət etmədən Bakı-Ələt yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan keçirib.

Keçirilən daha bir tədbir zamanı xüsusi karantin rejimi qaydalarına əməl etməyək paytaxt sakini Tufan Qəmbərov və Sabirabad rayon sakini Əflatun Babalıyev tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, T.Qəmbərov pul müqabilində idarə etdiyi “Lada Vesta” markalı avtomobilin yük yerində Ə.Babalıyevi gizli olaraq Bakı-Ələt yolundakı xüsusi postdan keçirərək paytaxta gətirəcəyi barədə əvvəlcədən razılaşıb. T.Qəmbərov həmin şəxsi postdan keçirəndən bir neçə kilometr sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, virus infeksiyasının ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır.
Şəkidə 11 yaşlı qızı sahibsiz it dişləyibAvrasiya.net APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayonun Kiçik Dəhnə kənd sakini, 2009-cu il təvəllüdlü Sunay Tural qızı Sərinli it dişləməsi xəsarəti ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı 11 yaşlı Sunay Sərinliyə yaşadığı kəndin ərazisində sahibsiz itin hücum etdiyi, sol aşağı ətrafın bud nahiyəsindən dişləyərək ona xəsarət yetirdiyi məlum olub.

Sunay Sərinliyə lazımı tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra evə buraxılıb.
 Ər arvadını xəstəxananın həyətində öldürdü - FOTO
Bərdədə qətl hadisəsi baş verib.

Hadisə bu gün Bərdə uşaq xəstəxanasının həyətində baş verib.

Zamanov İsmət adlı şəxs həyat yoldaşı Zamanova Zülfiyyəni qətlə yetirib. Hadisə ailə münaqişəsi zəminində baş verib.

Onlar Bərdənin Cəyirli kənd sakinləridir.

İ.Zamanov hadisəni törətdikdən sonra Bərdə Rayon Polis Şöbəsinə könüllü təslim olub. (oxu.az)
Azərbaycanda daha 29 şəxsdə koronavirus aşkarlandı, bir nəfər öldü
Azərbaycan Respublikasında 29 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə bildirilib ki, 2020-ci il martın 12-də Türkiyədən qayıtmış 1961-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı ilə xüsusi rejimli xəstəxanaya daxil olmuş, müayinə zamanı onda xroniki bronxit olduğu müəyyən edilmiş, pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmışdır. Xəstənin vəziyyətinin stabilləşdirilməsi ilə bağlı həyata keçirilən reanimasiya tədbirləri nəticə verməmişdir. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 5 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 mindən artıq test aparılıb.

Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, artıq ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında infeksiyaya yoluxma halları qeydə alınmağa başlayıb.

Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub.
Bakıda gənc qız 5-ci mərtəbədən yıxılaraq ölüb
Bakıda gənc qız ehtiyatsızlığın qurbanı olub.

"Report" xəbər verir ki hadisə Nizami rayonunda qeydə alınıb.

Bəkir Çobanzadə küçəsində 2000-ci il təvəllüdlü Həsənzadə Xədicə Ramiz qızı 5-ci mərtəbədən yıxılıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, X.Həsənzadənin həyatını xilas etmək mümkün olmayıb.

***02:07

Bakıda xəsarətlə nəticələnən hadisə baş verib.

"Report" xəbər verir ki hadisə Nizami rayonunda qeydə alınıb.

Bəkir Çobanzadə küçəsində 2000-ci il təvəllüdlü Həsənzadə Xədicə Ramiz qızı 5-ci mərtəbədən yıxılıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin müştərək travması diaqnozu qoyulub.
Naxçıvanla sərhəddə bir şəxs xəstəxanadan qaçdı və...
Türkiyənin Azərbaycanla sərhədində yerləşən İqdır vilayətində Murad A. adlı bir şəxs karantinə aparılarkən xəstəxanadan qaçıb.

Axar.az xəbər verir ki, gün ərzində Türkiyə jandarma qüvvələri tərəfindən axtarılan Murad A. tapılaraq karantinə yerləşdirilib.

Onun bir qədər əvvəl xarici ölkələrdən birindən gəldiyi, koronavirus daşıyıcısı olduğu ehtimal edilir.
Bakıda ana və qızı itkin düşdü
Bakıda 28 yaşlı qadın və qızı itkin düşüb.

Oxu.Az xəbər verir ki, hadisə ötən gün paytaxtın Yasamal rayonu, D.Bünyadzadə küçəsində qeydə alınıb.

Belə ki, sözügedən ünvanda yaşayan 1992-ci il təvəllüdlü R.Babayeva axşam saatlarında qızı S.Kərimova ilə birlikdə evdən çıxıb və daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.
44 yaşlı kişi Kür çayında batdı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçən hissəsində 1976-cı il təvəllüdlü Abbasov Ziyad İsfəndiyar oğlunun batması barədə məlumat daxil olub.

Avrasiya.net xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.
Bakıda sevgililərin intiharı: Qızın meyiti tapıldı - ÖZƏL
Fevralın 25-də gecə saatlarında Dənizkənarı Bulvarda biri kişi, digəri qadın olmaqla, iki nəfərin intihar etməsi barədə xəbər vermişdik.

Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci il təvəllüdlü Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb.

25 yaşlı B.Məmmədov xilas edilərək, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Lakin N.Rzazadənin meyitini aşkar etmək mümkün olmamışdı.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının səyi nəticəsində Nəzakət Rzazadənin meyiti tapılıb. Əraziyə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri və polis əməkdaşları da cəlb olunub.

Meyit sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin özünüöldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.
Göygöldə qonşuların davası - 4 nəfər xəsarət alıb
Göygöldə döylümə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Murovdağ qəsəbəsində qeydə alınıb.

Qəsəbədə məskunlaşan Kəlbəcər rayon sakini, 1987-ci il təvəllüdlü Əliyev Elgün Gəncəli oğlu həmyerlisi 1991-ci il təvəllüdlü Qasımov Alim Nadir oğlu ilə dava edib. Dava zamanı hər iki tərəf xəsarət alıb. Nəticədə Elgün Əliyev və onun həyat yoldaşı - 1991-ci il təvəllüdlü Əliyeva Aynur Hayistan qızı və qarşı tərəfdən olan Qasımov Alim Nadir oğlu, onun qardaşı 1994- cü il təvəllüdlü Qasımov Röyal Nadir oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Xəstələrin vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisə iki qonşunun arasında baş verib. Dava-dalaşa səbəb isə sözügedən şəxslərin birinin övladının digərin həyətinin qapısını açıq qoyması olub.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.