Azərbaycan millisinin sabiq üzvləri ev dustaqlığına buraxıldı
Danışılmış oyunlarda ittiham olunan Azərbaycan millisinin sabiq futbolçusu Cəmşid Məhərrəmov və yığmanın sabiq basketbolçusu Amil Həmzəyev həbsxanadan ev dustaqlığına buraxılıb.

Avrasiya.net bildirir ki, bu barədə "Report"a basketbolçunun vəkili Zaur Niftəliyev məlumat verib.

O bildirib ki, Nərimanov Rayon Məhkəməsində Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hər iki idmançının ev dustağı olması ilə bağlı qərar qəbul olunub.

Qeyd edək ki, idmançıların koronavirusla bağlı ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb. Sonra isə dələduzluq maddəsi 192-2 (idman yarışlarının manipulyasiyası) maddəsinə tövsif edilib. İstintaq zamanı hər iki şəxsin danışılmış oyunlarda iştirakı aşkarlanıb.

Bakıda karantin rejimini pozan kafe sahibi həbs edildi
Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarlar tərəfindən nizam-intizamin pozulması hallarına rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində gecə saatlarında fəaliyyət göstərən kafe aşkar olunub. Həmin kafenin sahibi, paytaxt sakini Elgiz Rəhimov və obyektdə olan 7 nəfər müştəri saxlanılaraq Binəqədi RPİ-nin 5ci Piolis Bölməsinə gətiriliblər.

Qeyd edək ki, artıq kafenin sahibi Elgiz Rəhimov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada həbs edilib. Kafedə olan müştərilən barəsində isə qanunauyğun tədbirlər görülərək cərimə ediliblər.
Bakıda ağır qəza: 2 qardaş öldüBakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, martın 31-i saat 17 radələrində Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində Korgöz qəsəbə sakini A.Həsənov idarə etdiyi “Lada Priora” markalı avtomobili aşırıb.

Nəticədə avtomobildəki sərnişinlər - qəsəbə sakinləri Anar Əlişanov və qardaşı Asif hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.
Azərbaycanda koronavirusdan ölənlərin sayı 5-ə çatdı - 24 nəfər yoluxdu
Azərbaycanda 24 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış və həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1957-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşının səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməmiş və pasiyent vəfat etmişdir. Onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Qeyd edək ki, ölkəmizdə ümumilikdə 298 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib. Hazırda 267 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 15 nəfərin vəziyyəti isə orta ağırdır. Müxtəlif karantin zonalarına yerləşdirilən 4602 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Azərbaycanda anasını vəhşicəsinə qətlə yetirən oğul əmisinin tövləsində ələ keçdiQusarda anasını boğaz nahiyəsinə bıçaqla zərbə vurduqdan sonra qaçan şəxs ələ keçib.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, hadisə martın 29-u gecə saatlarında rayonun Xurel kəndin qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Nail Hacıağa oğlu anası, 1971-ci il təvəllüdlü Əhmədova Maisə Aydəbəy qızını qətlə yetirdikdən sonra qaçıb.

Polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində N. Əhmədov həmin kənddə yaşayan əmisinin həyətindəki tövlənin damından tapılıb.

İddialara görə, M. Əhmədova ilə oğlu arasında mübahisə pul üstündə düşüb. M.Əhmədova həyətində saxladığı dananı satıb, oğlunun da bundan xəbəri olub. N. Əhmədovun narkotik maddə istifadəçisi olduğu deyilir.

Faktla bağlı araşdırmalar davam edir. Hadisənin dəqiq səbəbi aparılan istintaqın sonunda bəlli olacaq.

Qeyd edək ki, N. Əhmədovun atası Hacıağa Əhmədov bir neçə il əvvəl Dağıstanda faciəli şəkildə ölüb.
Azərbaycanda 25 yaşlı oğlan anasını niyə öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATIÖtən gün Qusar rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, rayonun Xurel kəndində anası, 49 yaşlı Əhmədova Mayisə Aydabəy qızını bıçaqlayaraq öldürən 1995-ci il təvəllüdlü Əhmədov Nail Hacıağa oğlunu yaxalamaq hələlik mümkün olmayıb. Hadisə şahidləri bildiriblər ki, Nail anasını öldürəndən sonra kəndin yaxınlığındakı meşəyə qaçıb. Hazırda onun tutulması istiqamətində iş aparılır.

Qətlin hansı səbəbdən baş verməsinə gəlincə, ilkin araşdırmalar zamanı N.Əhmədovun psixoloji problemlərinin olması məlum olub. Bir neçə ay əvvəl yaxınları onu müalicə olunması üçün psixiatrik xəstəxanaya yerləşdirməyə cəhd etsələr də, Nail müalicə olunmaqdan yayınıb. Ruhi-psixoloji problemləri olan gəncin anasını da təsir altında öldürdüyü ehtimal edilir.

Faktla bağlı Qusar rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, N. Əhmədovun saxlanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Azərbaycanda 14 yaşlı qızla evlənən oğlan həyatının ŞOKUNU YAŞADI - TOY GECƏSİ...
Şəmkir rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda təqsirli bilinən Asif Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Asif Musayev 1997-ci il təvəllüdlü Şəmkir rayonu, Sabirkənd kəndində anadan olub. Həmin kənddə yaşayan Asif Musayev orta təhsillidir, heç bir yerdə işləməyib.

Evlənmək başına bəla oldu

Asif Musayev yetkinlik yaşına çatmayan qızla ailə həyatı qurduğu üçün təqsirli bilinib. Onun 5 avqust 2018-ci ildə Şəmkir rayonunda yerləşən “Həsən” şadlıq sarayında toy məclisi keçirilib.

Belə ki, Asif Musayev 2006-cı ildə anadan olan Səbinə Məmmədova (ad və soyad şərti verilib – red.) ilə ailə həyatı qurub. Avqustun 5-də onların toy məclisi keçirilib. Asif Musayevin toy məclisi saat 22 radələrində başa çatıb.

Evlilik kürsüsündən müttəhimlər kürsüsünə

Daha sonra Asif Musayev evləndiyi qızla birlikdə yaşadığı Sabirkənd kəndində yerləşən fərdi yaşayış evinə gəlib. O, həmin gün saat 23 radələrində on dörd yaşına çatmayan qızla cinsi əlaqədə olib.

Asif Musayev mütəmadi olaraq həmin vaxtdan oktyabrın 25-dək olan müddət ərzində Samirə ilə təbii yolla cinsi əlaqədə olub. Oktyabrın 25-də isə polis Asif Musayevin yetkinlik yaşına çatmayan qızla ailə qurması, onunla cinsi əlaqədə olmasını öyrənib. Polis tərəfindən Asif Musayev həmin gün həbs edilib.

3 il cəza

İstintaq orqanı tərəfindən Asif Musayevin barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Şəmkir rayon Məhkəməsinin hökmü ilə Asif Musayev 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Asif Musayev apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyib.

Asif Musayevin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Əlizamin Abdullayevin sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, Asif Musayevin şikayəti təmin olunmayıb.

Qusarda oğul anasını qətlə yetirib
Qusar rayonu ərazisində qətl hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xurel kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Nail Hacıağa oğlu anası, 1971-ci il təvəllüdlü Əhmədova Maisə Aydəbəy qızını boğaz nahiyəsinə bıçaqla zərbə endirərək qətlə yetirib.

Qətli törətdikdən sonra N.Əhmədov hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb, istintaq əməliyyat tədbirləri aparılır.


Bakıda sürücülər arasında dava: bıçaqlanan var
Bakının Nəsimi rayonunda gənc oğlan taksi sürücüsü tərəfindən bıçaqlanıb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında baş verib.

Taksi sürücüsü kimi fəaliyyət göstərən 1991-ci il təvəllüdlü Abdullayev Nahid Vahid oğlu eyni ərazidə taksi fəaliyyəti ilə məşğul olan Elçin adlı şəxslə mübahisə edib.

Mübahisə zəminində Elçin bıçaqla N.Abdullayevin bədəninə bir neçə bıçaq zərbəsi vurulub.

Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, N.Abdullayevin vəziyyəti ağırdır.
“KamAZ” minik avtomobili ilə toqquşdu, ölən və yaralananlar var
Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Avrasiya.net-ə verilən məlumata görə, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 4 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.