Sizin Reklam Burada

Qazimiz həkim səhlənkarlığının qurbanı oldu

Qazimiz həkim səhlənkarlığının qurbanı olduVətən müharibəsi qazisi Ülvi Hüseynov həkim səhlənkarlığının qurbanı olub.

Avrasiya.net xəbər verir ki, bu barədə qazi Ülvi Hüseynov Unikal.org-a özü şikayət edib.

21 yaşlı qazi bildirib ki, Vətən müharibəsi zamanı, sentyabrın 29-da Füzuli istiqamətində döyüşərkən sağ ayağından güllə yarası alıb:

"Mən ailənin bir övladıyam. Vətən müharibəsi zamanı güllə yarası aldım. Güllə arteriya, vena damarımı və sinirləri aparmışdı. Demək olar ki, bud nahiyəmdə əzələ qalmamışdı. "HB Güvən" klinikasının həkimi, professor Çingiz Əlizadə var. Ona professor demək mümkün deyil. Biz də bilməmişik onun yanına getmişik. Onun etdiyi əməliyyat zamanı güllə yarası alan deyil, digər ayağımın üst hissəsini zədələyib. Bir aparat var, əməliyyatda qanın qarşısını almaq üçün ayağın üstünə yapışdırılır. Həmin aparat ya boşluqdan, ya da digər hər hansı problemdən ayağımın üzərində partlayıb və yanıb. Ondan aldığım zədədən barmağımın biri amputasiya olunub. Həmin hadisə olandan sonra həkim mənə dedi ki, get evə, bir həftəyə sağalacaq. Vəziyyətin getdikcə daha da pisləşdiyi üçün başqa bir həkim gəldi baxdı və dedi ki, barmağın normal vəziyyətdə deyil. Qan yığılmışdı, qanqrena olmuşdu. Ondan sonra xəstəxanaya gəlmişəm, həkim mənə deyir ki, bir dənə barmaqdır da, uzaqbaşı kəsib atacayıq. Bu hadisə Fransada da ola bilər. Bununla bağlı şikayət etmədiyim qurum qalmayıb, iş hazırda prokurorluqdadır. Amma məsələyə heç kim baxmır".

Ü.Hüseynov qeyd edib ki, YAŞAT Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilib:

"Lazım olarsa, görüntüsünü də təqdim edə bilərəm. Oranın demək olar ki, nə palatasında, nə də tibbi alətlərində sterilizasiya deyilən bir şey var idi. İki gün orada oldum, məni müalicə edəcək həkim Türkiyədə deyildi və bizə bildirildi ki, bir həftədən sonra gələcək. Ayağımın üstünə təcili dəri köçürülməli idi. Heç bir müalicə olunmadan geri qayıtmalı oldum".

Qazi ayağının sağalmağını və ona kömək edilməsini istəyir:

"Mənim üçün burada və ya xarici ölkədə mülaicə olunmaq fərq etmir. Xarici ölkə vacib deyil. Ölkəmizdə olan bir neçə yaxşı xəstəxana var, oralarda da müalicə etdirmək olar".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər