Sizin Reklam Burada

Sabiq polis Bakıda qəza törətdi, əsgər öldü

Sabiq polis Bakıda qəza törətdi, əsgər öldüBakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı sabiq polis serjantı Vaqif Novruzov avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış Daxili Qoşunların əsgəri Rövşən Alxasovu vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov bildirib ki, hadisə noyabrın 6-da Sabunçu rayonu ərazisində baş verib:

“Sabiq polis serjantı Vaqif Novruzov idarə etdiyi “Toyota” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış DQ-nin əsgəri Rövşən Alxasovu vurub. O, dərhal xəstəxanaya yerləşdirilib və həkimlərin səyinə baxmayaraq orada vəfat edib”.

DİN rəsmisi həmçinin sürücülərə müraciət edib:

“Hər birimiz - istər sürücü, istər piyada, istərsə də sərnişin olaraq avtomobil yollarında məsuliyyətimizi dərk etməliyik. Heç kimə sirr deyil ki, günümüzdə insan itkilərinin baş verməsinin ən böyük səbəblərindən biri də məhz yol qəzalarıdır. Sürücülər sükan arxasında ehtiyatlı olmalıdırlar”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər