Bakıda 10 yaşlı şagird koronaya yoluxdu: sinif bağlandı
Dərc olunub:
29-10-2021, 10:54
Bakıda daha bir məktəbdə koronavirus aşkarlanıb.
Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, Lökbatan qəsəbəsində yerləşən 106 nömrəli məktəbin 5a sinfində təhsil alan 10 yaşlı şagird koronavirusa yoluxub.
Nəticədə sinif 14 günlük distant təhsilə keçib.