22 yaşlı oğlan məktəbin həyətində özünü asdı
Dərc olunub:
18-10-2021, 01:00
Kürdəmirdə 22 yaşlı gənc intihar edib.
Avrasiya.net xəbər verir ki, rayonun Şahbəyli kənd sakini, 1999-cu il təvəllüdlü Səfərov Əli Habil oğlu özünü kənd məktəbinin həyətində asıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.