Sizin Reklam Burada

Çay içmək adı ilə 12-ci mərtəbəyə çıxan fəhlə İNTİHAR ETDİ

Çay içmək adı ilə 12-ci mərtəbəyə çıxan fəhlə İNTİHAR ETDİCari il iyunun 23-də 1964-cü il təvəllüdlü Həsənov İlham İbaş oğlunun paytaxtın Nəsimi rayonu ərazisində çoxmərtəbəli binanın 12-ci mərtəbəsindən yıxılaraq ölməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat verilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Avrasiya.net-ə bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırma zamanı müəyyən olunub ki, həmin ünvanda yerləşən binanın 9-cu mərtəbəsindəki mənzildə alçıpan vurulması işlərində fəhlə işləyən İlham Həsənov çay içmək adı ilə binanın 12-ci mərtəbəsinə qalxaraq oradan özünü yerə ataraq intihar edib.

Mərhum İlham Həsənovun maddi, xidməti və s. cəhətdən asılı olduğu hər hansı şəxs tərəfindən amansız rəftar etmə, ləyaqəti alçaltma, hədə-qorxu gəlmə hallarına məruz qalması müəyyənləşdirilmədiyindən araşdırma üzrə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilib.

Toplanmış material üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmasını təmin etmək məqsədilə rayon prokuroru tərəfindən həmin qərar ləğv olunub.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər