Sizin Reklam Burada

Azərbaycanda Federasiya əməkdaşını döyüb ÖLDÜRDÜLƏR - Qurum məlumat YAYDI

Azərbaycanda Federasiya əməkdaşını döyüb ÖLDÜRDÜLƏR - Qurum məlumat YAYDIAzərbaycan Avtomobil Federasiyasının əməkdaşı Məmmədov Səxavət Səfər oğlu 24 iyun 2021-ci il tarixdə axşam saatlarında Azərbaycan Avtomobil Federasiyasına məxsus yük avtomobili ilə hərəkət edərkən Nərimanov rayonu ərazisində digər avtomobildəki tanımadıqları şəxslər tərəfindən hücuma məruz qalıb.

Bu barədə Azərbaycan Avtomobil Federasiyasından məlumat verilib.

Məlumata görə, federasiyaya məxsus yük avtomobili "20 Yanvar dairəsi" yaxınlığında hərəkət edərkən digər avtomobildə olan şəxslərlə yol hərəkəti zəminində mübahisə baş verib. Daha sonra digər avtomobildəki şəxslər nəqliyyat vasitəsini Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsinədək təqib edib, avtomobilin qarşısını qanunsuz olaraq kəsib, zor tətbiq etməklə Səxavət Məmmədovu avtomobildən enməyə məcbur edib, ona və onun sərnişini olan Federasiyanın digər əməkdaşına hücum edərək, ağır zərbələr endiriblər.

Səxavət Məmmədov hadisə nəticəsində qətlə yetirilib.

Hücum edən 3 nəfər şəxs idarə etdikləri avtomobili hadisə yerində qoyaraq qaçıblar. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Səxavət Məmmədov ailəli və iki azyaşlı uşaq atası idi. Mərhum 2014-cü ildən Azərbaycan Avtomobil Federasiyasında çalışırdı.

"Peşəkarlığı, işğüzarlığı, mehribançılığı və təvəzökarlığı ilə kollektivin hörmətini qazanan Səxavət Məmmədov Federasiyanın nümunəvi əməkdaşlarından idi.

Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Avtomobil Federasiyası mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!",- deyə Fedarasıyanın yaydığı məlumatda bildirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər