Azərbaycanda 2 nəfəri izləyib öldürən şəxslə bağlı ŞOK FAKTLAR - KƏND MÜHASİRƏYƏ ALINDI

Azərbaycanda 2 nəfəri izləyib öldürən şəxslə bağlı ŞOK FAKTLAR - KƏND MÜHASİRƏYƏ ALINDIÖtən gün axşam saatlarında Lənkəran rayonu Havaza kəndində 1982-ci il təvəllüdlü Şiriyev Seymur Səyyaf oğlunun yaxın qohumu olan 2 nəfəri güllələyərək öldürməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

S.Şiriyevin ailəsi ilə onun öldürdüyü qohumların ailələri arasında xeyli vaxtdır problemlər varmış. Belə ki, torpaq sahəsi üstündə yaranmış narazılığıa görə Seymurun ailəsi ilə əmisi oğlu, 1987-ci il təvəllüdlü Fərəcov Elmar Sərdar oğlunun ailələri münaqişəli vəziyyətdə olub.

Hadisəyə gəlincə Seymur əvvəlcə bibisi nəvəsi, 1992-ci il təvəllüdlü Mirzəyev Alim Müqabil oğlunu izləyib. Qətlə əvvəlcədən hazırlaşan Seymur Alimin odun gətirmək üçün meşəyə getdiyini görüb və silahla onu izləməyə başlayıb. O, meşədə Alimə yaxınlaşaraq atəş açıb. İkinci aldığı xəsarətlərdən hadisə yerində ölüb. Seymur Şiriyev daha sonra əmisi oğlu Elmarın ardınca yollanıb və onun qoruq deyilən əraziyə mal-qaranı apardığı yerə yollanıb. Burada Elmarı yaxalayan Seymur onu da güllələyərək öldürüb. Daha sonra S.Şiriyev naməlum istiqamətə gedərək gizlənib. Onun başqa şəxs və ya şəxsləri hədəf ala bilmə ehtimalı olduğundan kənd polis əməkdaşları tərəfindən tam mühafizəyə götürülüb. Həmçinin ətraf yol və yaşahyış məntəqələrində polis nəzarəti gücləndirilib.

Hadisənin törədildiyi Havaza kəndinin sakinlərinin bildirdiyinə görə, qətli törədən şəxs 2 il əvvəl həyat yoldaşından boşanıb. Həyat yoldaşı Lənkəran şəhərinə -ata evinə qayıdandan sonra Seymurun ailəsi ilə qohumlarının münasibəti daha da pisləşib. Onlar ailənin dağılmasında bəzi şəxslərin rolunun olduğunu düşünüblər, həmçinin bir sıra digər qısqanclıq epizodları müzakirə edilib. İlkin ehtimal kimi 2 gəncin öldürülməsi qısqanclıq və qisas zəminində baş verib.

Hazırda axtarış tədbirləri davam etdirilir.

Publika.az