Sizin Reklam Burada

Sumqayıtda qadın öldürüldü: cinayət işi açıldı

Sumqayıtda qadın öldürüldü: cinayət işi açıldıİyunun 23-ü saat 23 radələrində 1972-ci il təvəllüdlü Sevil Abdullayevanın H.Z.Tağıyev qəsəbəsi ərazisində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qonşusu 1993-cü il təvəllüdlü Ağabəy Atabalayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Sevil Abdullayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ağabəy Atabalayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər