Sizin Reklam Burada

Xanım müştərisi ilə münasibət yaratmaq istəyən bank əməkdaşının qanını tökdülər

Xanım müştərisi ilə münasibət yaratmaq istəyən bank əməkdaşının qanını tökdülərBakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon Hacıqurbanoba kənd sakini, 1999-cu il təvəllüdlü Rauf Məmmədov (şərti) barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, məhkəmədə məlum olub ki, gənc oğlanın ötən ilin 10 iyun tarixində bıçaqladığı Nizami Səfiyev (şərti) rayondakı banklardan birinin əməkdaşı olub.

Belə ki, Raufun bacısının həyat yoldaşı xeyli vaxtdır Rusiyada işlədiyindən və ölkəyə tez-tez gələ bilmədiyinə görə o, bacısı Aysel və onun övladı ilə birlikdə yaşayıb. Keçən ilin 9 iyun tarixində Ayselin telefonuna tanımadığı nömrədən zəng gəlib. Telefonu açan Rauf “alo” desə də, qarşı tərəf səs çıxarmadan zəngi bitirib. Bundan sonra Rauf Məmmədov bacısının telefonundan həmin nömrəni götürüb və 1 gün sonra ona zəng edərək görüşmək istədiyini deyib. Qarşı tərəfdən cavab verən Nizami bankda işlədiyini və iş yerindən çox uzaqlaşa bilmədiyini bildirirək Raufu Xaçmaz şəhəri Nəriman Nərimanov prospektindəki “Xəzər” marketin qarşısına çığırıb. Burada görüş zamanı Rauf özü ilə gətirdiyi mətbəx bıçağı ilə Nizamiyə zərbələr endirib və daha sonra polisə təslim olub.

İstintaqda ifadə verən təqsirləndirilən şəxsin bacısı bank kartını dəyişdirmək üçün banka getdiyini və orada Nizami adlı şəxsin onu qəbul etdiyini bildirib. Lakin bank əməkdaşı dəfələrlə banka getməsinə baxmayaraq onun kartını dəyişdirməyib. Həmçinin məsələnin həll olunması barədə məlumat vermək üçün o, qadının nömrəsini götürüb. Bu müddətdə Nizami 20 dəfəyə yaxın ona günün müxtəlif saatlarında yazıb. Aysel bıçaqlanan şəxsin onunla münasibət yaratmaq üçün məsələni uzatdığını və problemi qəsdən həll etmədiyini düşündüyünü deyib.

Zərərçəkən şəxs Raufun onunla görüşə gələrək bacısına niyə zəng etdiyini, onu niyə narahat etdiyini dediyini və qəfil bıçağı çıxararaq ona zərbələr endirdiyini deyib. O, müalicə olunduğu vaxt çəkdiyi xərc olan 5 min manatı qarşı tərəfdən tələb edib.

Məhkəmə Rauf Məmmədovun 3 il müddətinə azadlıqdan məhrum edilməsinə hökm edib.

Qeyd edək ki, bıçaqlanan bank əməkdaşı işdən çıxarılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər