Sizin Reklam Burada

Həyətində narkotik becərən ata və oğlu saxlanıldı

Həyətində narkotik becərən ata və oğlu saxlanıldıQubada narkotik tərkibli bitkiləri aqrotexniki qaydada qulluq edərək yetişdirən şəxslərə qarşı növbəti əməliyyat həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, rayon sakini Mirqasım Babayev və oğlu Kənan Babayev saxlanılıblar. Onların birgə yaşadığı evin həyətinə, istixanasına və taxıl sahəsinə baxış zamanı ümumi çəkisi 47 kiloqrama yaxın olan 110 ədəd qanunla əkilib-becərilməsi qadağan olunmuş narkotik xassəli çətənə bitkiləri aşkar edilib.

Mirqasım Babayev ifadəsində oğlu Kənanla birgə həmin bitkilərə aqrotexniki qaydada qulluq edərək becərdiyini bildirib. Bundan başqa saxlanılan şəxslərin yaşadıqları fərdi yaşayış evinin zirzəmisindən 16 qram narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər