Xaçmazda dəhşətli hadisə - Velosipedçi öldü

İyunun 10-da saat 1 radələrində Xaçmaz rayonunda ağır yol qəzası baş verib.

Avrasiya.net xəbər verir ki, Çarxı kəndi ərazisində Mollaburhan kənd sakini G.Rzayev idarə etdiyi “Fiat-Doblo” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən Rəhimoba kənd sakini Mehman Mustafayevu vurub.

Nəticədə M.Mustafayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.Xaçmazda dəhşətli hadisə - Velosipedçi öldü