Sizin Reklam Burada

Azərbaycanda məktəbli qızdan dəhşətli əməl - Özünü binadan atdı

Azərbaycanda məktəbli qızdan dəhşətli əməl - Özünü binadan atdıGəncə şəhər Yeni Gəncə yaşayış massivində yerləşən 9 mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxıldığı deyilən gənc qızın intihar etdiyi məlum olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində dünən axşam saatlarında yaşadığı binanın 7-ci mərtəbəsindən yıxıldığı bildirilən 2004-cü il təvəllüdlü Şəms Eşqin qızı Hüseynovanın intihar etdiyi məlum olub.

Baş vermiş hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, gənc qız ağır halda Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə baş verən ərazidə yaşayanların bildirdiyinə görə, intihar edən qız 11-ci sinif şagirdi olub. O, dərs kitablarını da pəncərədən atıb.

İntiharın dəqiq başvermə səbəbləri isə hələ ki, məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalar davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər