Jurnalistlər binasından azyaşlı yıxılaraq öldü
Dərc olunub:
8-06-2021, 20:52
Bakıda azyaşlı uşaq çoxmərtəbəli binadan yıxılaraq ölüb.
Avrasiya.net-in Report-a istinadən xəbərinə görə, hadisə Səbail rayonu 22 ünvanında (Jurnalistlərin ikinci binası) baş verib.
Belə ki, 4 yaşlı uşaq evin pəncərəsindən yıxılaraq ölüb.
Məlumata görə, uşaq pəncərədəki tora söykənib. Bu zaman tor cırılıb və azyaşlı yıxılaraq vəfat edib.
Faktla bağlı araşdırma aparılır.