Sizin Reklam Burada

İcra başçısının villasında müəmmalı ölüm

İcra başçısının villasında müəmmalı ölümBakının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranının arxasında yerləşən dəbdəbəli imarətlərdən birində asılmış vəziyyətdə kişi meyiti aşkar olunub. Mayın 5-dən 6-na keçən gecə bu haqda Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub. Dərhal hadisə yerinə istintaq-əməliyyat qrupu göndərilib. Araşdırmalar zamanı məlum olub ki, meyiti asılmış vəziyyətdə aşkar olunan şəxs imarətin gözətçisi 1988-ci il təvəllüdlü Ruslan İnqilab oğlu Səmədovdur. İmarət sahibi isə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevdir. Məlumata görə, icra başçı hüquq-mühafizə orqanlarına gözətçininin müəmmalı ölümü ilə bağlı ehtimallarının olmadığını deyib.

Müəmmalı ölüm işi ilə bağlı ortada xeyli suallar var. Ruslan Səmədovun özünü asması və ya öldürüldükdən sonra asılması da aydınlaşdırılmalı suallar sırasındadır.

Avrasiya.net xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadə Musavat.com-a açıqlamasında intiharla bağlı Xəzər rayon Prokurorluğunda hazırda araşdırma aparıldığını bildirib.

Xidmət rəhbəri hələlik fakta görə cinayət işi başlamadığını qeyd edib. Xəzər Rayon Prokurorluğunun Ruslan Səmədovun müəmmalı ölümü ilə bağlı cinayət işi başlamağa tələsməməsi də cinayətin özü qədər müəmmalıdır. Bunun imarət sahibinin tutduğu vəzifə ilə əlaqəsinin olub-olmaması aydın deyil.

Adətən asılmış vəziyyətdə meyit aşkar ediləndən 2-3 saat sonra faktla bağlı Cinayət Məcəlləsinin 125-ci–özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanır. Fakt ortadadır: icra başçısının imarətində gənc bir insanın asılmış meyiti aşkar edilib, prokurorluq isə sanki bir tərəddüd içindədir. Ruslan Səmədovun meyiti vəzifə daşıyıcısı Anar Tağıyevin imarətində deyil, sıradan bir vətəndaşın həyətində aşkar edilsə idi, Xəzər Prokurorluğu eyni mövqeni sərgiləyərdi? Cinayət işi başlayıb məmmalara aydınlıq gətirmək əvəzinə, gözləmə mövqeyi tutardı?

Yada salaq ki, Anar Aqil oğlu Tağıyev 2019-cu ilin oktyabrında Yevlaxın icra başçısı təyin olunub. Anar Tağıyev 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı şəhəri 1 saylı orta məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirib. Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək “Eurostyle” şirkətində ümumi işlər üzrə hüquqşünas, 2006-cı ildə H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışıb.

2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək isə “Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş” şöbəsinin müdiri vəzifələrinə təyin olunub.

2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var. A.Tağıyev Yevlaxın icra başçısı təyin olunana qədər Nəsimi icra başçısının müavini vəzifəsində çalışıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər