“Bakı Bus” avtobusu ağaca çırpıldı: yaralılar var - Foto
Dərc olunub:
19-04-2021, 12:16
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu ərazisində yerləşən 147 nömrəli texniki-humanitar liseyinin yaxınlığında qeydə alınıb.
Belə ki, Bakı Bus MMC-nin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JU 240 dövlət qeydiyyat nişanlı “Iveco” markalı sərnişin avtobusu ağaca çırpılıb. Nəticədə 2 nəfər sərnişin xəsarət alıb, sürücünün halı pisləşib.
Hadisə zamanı 147 nömrəli texniki-humanitar liseyinin hasarına ziyan dəyib.