Saatlıda 45 yaşlı kişi intihara cəhd edib

Saatlıda 45 yaşlı kişi intihara cəhd edibSaatlı rayonunda intihar etmək istəyən şəxs xilas edilib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında, rayonun Varxan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Fədliyev Rabil Qoçəli oğlu yaşadığı evin həyətində özünü intihar etməyə cəhd göstərib. Yaxınları tərəfindən onun həyatı xilas edilib və Saatlı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İntihara cəhdin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.