Sizin Reklam Burada

Abşeronda fəhlə torpaq uçqununun altında qaldı

Abşeronda fəhlə torpaq uçqununun altında qaldıAprelin 4-də saat 17 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı fabriki olan “Rəmzi S” MMC-də fəhlə işləyən Usubov Adəm Famil oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Abşeron prokurorluğundan Avrasiya.net-ə verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaqla Adəm Usubov qeyd edilən fabrikdə müəyyən işlər görərkən ətrafa yığılmış torpaq yığınının üzərinə tökülməsi nəticəsində hadisə yerində ölməsi müəyyən edilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər