Ağstafada 25 yaşlı gənc intihara cəhd edib
Dərc olunub:
16-03-2021, 09:46
Ağstafada intihara cəhdin qarşısı alınıb.
Avrasiya.net-in məlumatına görə, hadisə rayonun Xəlfəli kəndində qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Nadir Fəxrəddin oğlunu yaxınları yaşadığı evdə asılı vəziyyətdə tapıblar.
O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Gəncin hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.