Sizin Reklam Burada

Qusarda ər-arvad dəm qazından boğuldu

Qusarda ər-arvad dəm qazından boğulduQusarın Qayakənd yaşayış məntəqəsində ər-arvad dəm qazından boğularaq həyatlarını itiriblər.

Avrasiya.net xəbər verir ki, hadisə yanvarın 28-i axşam saat 22:00 radələrində baş verib. Qayakənd sakini, 53 yaşlı Nail Hacıbala oğlu Məmmədov və həyat yoldaşı, 44 yaşlı Kəmalə Şıxnəbi qızı Məmmədova yaşadığı evin hamamında çimərkən dəm qazından boğularaq ölüblər. Ər-arvadın cansız bədənini axşam işlədiyi mağazadan evə gələn qızları Elvina Məmmədova görüb və tez qohumlarına və polisə məlumat verib.

Elvina Məmmədova valideynlərini evdə görməyəndə hamamda onları ölmüş vəziyyətdə görüb.Axşam saat 23 radələrində Qusar polis şöbəsinin növbətçi hissəsindən rayon prokurorluğuna məlumat verilib.Hadisə yerində işləyən hüquq-mühafizə orqanlarının əməkdaşları mərhumların dəm qazından boğulmadan keçindikləri qənaətinə gəliblər.
Qusar rayon prokurorluğunda faktın araşdırılmasına başlanılıb. Mərhum ər-arvadın meyiti tibbi ekspertizadan keçirilib, ölümün səbəbləri araşdırılır. Hadisənin də hansı şəraitdə baş verməsi, qaz xəttinin hansı vəziyyətdə olması araşdırılır. Verilən məlumata görə, Məmmədovlar hərbi xidmətdə olan oğullarının yanına getmək üçün hazırlıq görürlərmiş. Bu gün oğullarının yanına getməyi planlaşdırırdılar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər