Evindən pul oğurlanan vətəndaşın qalan pulunu axtarışa gələn rəis müavini "oğurladı" - VIDEO

Evindən pul oğurlanan vətəndaşın qalan pulunu axtarışa gələn rəis müavini "oğurladı" - VIDEORedaksiyamıza videoformatda müraciət edən vətəndaş Quliyev Nofəl Nəriman oğlu Gədəbəy rayonunun Arısu kəndində doğulub, hazırda Bakıda yaşayır. Bildirir ki, yanvar ayının 16-da kənddə yaşayan 88 yaşlı anası Quliyeva Qəndab Hüseynqulu qızı ilə növbəti telefon danışığında anası ona deyib ki, qonşuluqda yaşayan 86 yaşlı xalasının evindən təxminən 22 min manat pul oğurlanıb.

N.Quliyev qeyd edir ki, məlumatı alan kimi kənd icra nümayəndəliyinin sədrinə zəng vurub xəbər verib. İcra nümayəndəsi ilə polis sahə müvəkkili gedib pul oğurlanan evə baxış keçiriblər. Oğurlanan pulun məbləğini, hansı qabın içindən götürüldüyünü xalasından öyrəniblər və çıxıb gediblər. Daha iki gün sonra o, Daxili İşlər Nazirliyinin “!02” qaynar xəttinə zəng vurulandan sonra Gədəbəy Rayon Polis Şöbəsinin (RPŞ) Əməliyyat İşləri üzrə rəis müavini Elsevər Tağıyevin başçılığı altında Şöbənin 3 nəfər əməkdaşı gəlib oğurluq olmuş evi axtarmağa başlayıblar. Evin içində ayrı yerdə olan — 3600 dolları, 2725 manatı götürüb pulu tapdıqlarını elan ediblər. E.Tağıyev həmin vaxt bacısıgildə olan Qəndab Quliyevanı da təhqir edib.

“88 yaşlı anamın üstünə qışqırıb. Soruşub ki, bu qədər pul sizdə hardandı. Niyə camaata şər atırsınız? Sənin yiyən yoxdu? – deyir N.Quliyev: — Həmin pulu götürüb aparıblar polis şöbəsinə. Sonra da zəng eləyiblər Rauf müəllimə ki, bəs o qarını gətir, gəlsin izahat versin ki, pulu tapılıb, pulu da götürüb getsin. Təsəvvür edin, bu yaşlı adamın son qəpiyinə kimi götürüblər, nə də ghətirib vermirlər ki, mütləq polisə gedib pulunun tapıldığını etiraf etməlidir”.

Şikayətçi həmçinin E.Tağıyevdən fərqli olaraq qoca xalasının o qədər pulunun olmasında təəccüblü heç nə olmadığını bildirir: “Uzun müddətdi xalam nənəmlə yaşayırdı. Nənəm 3 il əvvəl dünyasını dəyişəndə 110 yaşı var idi. Rəhmətlik 300 manatdan yuxarı pensiya alırdı. Üstəlik, hər il də dövlət ona müharibə iştirakçısı kimi 1000 manata kimi birdəfəlik pul mükafatı verirdi. İkisinin aldıqları pensiya üst-üstə 500 manatdan artıq olurdu. Bundan əlavə, xalamın təsərrüfatı olub, keçən ilə kimi iri və xırdabuynuzlu heyvanlar bəsləyirdi. Keçən il yayda heyvanları satıb pulunu özünə verdim ki, daha saxlamasın, gücü çatmır. Digər qohumlar – qardaşı, bacısı uşaqları da ona yardım edirdilər. Yaşına rəğmən elə böyük istehlak xərci də yox idi. O da pullarını yığıb saxlamışdı…”

N.Quliyev polis zabitinin təhqir etdiyi anasından üzr istəməsini və xalasının oğurlanmış pulunun tapılması üçün iz itməmiş zəruri tədbir görülməsini tələb edir: “Şahidlər deyirlər ki, Elsevərə hətta yanındakı həmkarları da deyiblər, bu ailəni təhqir etmək olmaz. Amma ona kar etməyib…”

Qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq.

Deryaz.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər