Bakıda məhkum öldü
Bakıdakı Cəzaçəkmə Müəssisələrindən birində ölüm hadisəsi baş verib.
Avrasiya.net-in məlumatına görə, hadisə Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.
Orada cəza çəkən, məhkum Hacı Nurullayev vəfat edib. Onun xəstəlikdən öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.