Kişi arvadı ilə dalaşdı özünü binadan atdı
Dərc olunub:
26-01-2021, 09:26
Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.
Hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
1989-cu il təvəllüdlü Hüseynov Natiq Nadir oğlu həyat yoldaşı ilə mübahisə etdikdən sonra intihar etmək qərarına gəlib. O, Bakıxanov dağı kimi tanınan ərazidən özünü yerə atıb. N.Hüseynov baş-beyinin silkələnməsi, sol təpə gicgah nahiyəsinin geniş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.(APA)