Sizin Reklam Burada

Şəmkirdə jurnalisti şantaja görə öldürən şəxs tutuldu

Şəmkirdə jurnalisti şantaja görə öldürən şəxs tutulduŞəmkir rayonunda qətl hadisəsi törədən şəxs saxlanılıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə yanvarın 21-də rayonun Qədim Qala kəndində baş verib.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Bəxtiyar Əliyev dayısı oğlu Vasif Aslanov tərəfindən odlu silahla qətlə yetirilib.

Məlumata görə, bir neçə gün əvvəl B.Əliyev V.Aslanovu şantaj edib. Qohumunun bu əməlindən bezən V.Aslanov B.Əliyevi odlu silahla öldürüb.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılan V.Aslanovdan lüləyi kəsilmiş tüfəng götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, B.Əliyevin bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru və təsisçisi olduğu bildirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər