Tanınmış politoloq COVID-19-dan vəfat etdi

Tanınmış politoloq COVID-19-dan vəfat etdiBu gün siyasi ekspert, "Baku Network" Ekspert Şurasının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, "Trend" Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini Elxan Ələsgərov vəfat edib.

Avrasiya.net xəbər verir ki, E.Ələsgərov COVID-19-dan dünyasını dəyişib.

Elxan Ələsgərov 14 mart 1955-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı olub, polkovnik idi.

Allah rəhmət eləsin!