Sizin Reklam Burada

Gəncənin atəşə tutulması nəticəsində yaralananlardan biri ermənidir

Gəncənin atəşə tutulması nəticəsində yaralananlardan biri ermənidirBu gün səhər saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə Ermənistan ərazisindən atəşə tutulub.

Avrasiya.net xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin raketdən tutduqları atəş nəticəsində yaralananlardan biri erməni əsilli, 1943-cü il təvəllüdlü Qriqoriyan Nina Romanovnadır.

Qeyd edək ki, hadisə nəticəsində Gəncə şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olub, 32 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulub.

Dəymiş ziyanın məbləği hadisə yerində fəaliyyət göstərən Baş Prokurorluğun əməliyyat-istintaq qrupu tərəfindən baxış keçirilməklə və digər zəruri istintaq hərəkətləri yerinə yetirməklə dəqiqləşdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər