Sizin Reklam Burada

Azərbaycanlı reper Moskvada ağır qəza törətdi - Foto

Azərbaycanlı reper Moskvada ağır qəza törətdi - FotoMoskvada azərbaycanlı reper Elmin Quliyev idarə etdiyi “İnfiniti” markalı avtomobillə ağır qəza törədib.

Avrasiya.net Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə Ostojenka keçəsində, 47 nömrəli binanın yanında baş verib.

İşıqforun qırmızı işığında keçən və yüksək sürətlə hərəkət edən “İnfiniti” “Mersedes” markalı avtomobillə toqquşub, bu zaman səki ilə gedən piyadaları da vurub kənara atıb. Nəticədə üç nəfər yaralanıb, onlardan iki qadının vəziyyəti ağırdır. Reperin avtomobili qəza zamanı divara dəyərək dayanıb.

Hadisədən bir neçə dəqiqə sonra “İnfiniti”nin sürücüsü və qəzanın səbəbkarı məlum olub. O, 26 yaşlı azərbaycanlı reper Elmin Quliyevdir. Elmin dərhal günahını etiraf edib.

“Mən yanıb-sönən yaşıl işıqda keçirdim, gözlənilmədən qırmızı yandı” – deyə Elmin polis əməkdaşlarına deyib.

O, hadisə yerində alkaqol və narkotik analizi verib. Amma qanı təmiz çıxıb. Lakin Elminin avtomobili yüksək sürətlə sürmək həvəskarı olduğu aydınlaşıb.

“Mən saatda 60 kilometrdən çox sürətlə getmirdim” - polis əməkdaşlarına deyib. Amma “İnfiniti”nin qəza anında sürətini texniki ekspertiza müəyyən edəcək. Nəticələr isə 2-3 həftəyə bəlli olacaq.

Avtomobil idmanı üzrə beynəlxalq dərəcəli idman ustası Tatyana Yeliseyeva isə “Komsomolskaya Pravda”ya deyib ki, “İnfiniti”nin aldığı zədələr onun divara saatda azı 60 kilometr sürətlə dəydiyini göstərir. Üstəlik bundan əvvəl sürətin 30 kilometr saatını “Merdedes” “udub”. Yəni “İnfiniti” saatda azı 90 kilometr sürətlə hərəkət edib. Həmin ərazidə isə sürət həddi saatda 40 kilometrdir.

“Qəzanın günahkarı bu cür yüksək sürətlə təcili tormozlaya bilməzdi. O, cəhd edim, amma uğursuz olub. “Mersedes”in sürücüsünə gəldiksə isə o, ümumiyyətlə qırmızı işıqda keçən “İnfiniti”ni vaxtında görə bilməzdi”, - ekspert deyib.

Quliyev Elmin Camal oğlu 1993-cü ildə Bakıda anadan olub. Beş il bundan qabaq Moskvaya köçüb və orada gecə klubarında çıxış etməyə başlayıb. Quliyev əvvəllər di-cey işləyib, eyni vaxtda mahnılar yazıb. Son illər isə reper kimi məşhurlaşıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər