Sizin Reklam Burada

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Sabiq icra başçısının oğlu məhkəmə qarşısındaBakıda arvadını öldürməyə cəhd etməkdə ittiham olunan Ceyhun Bəhmənovun cinayət işi araşdırılması üçün hakim icraatına verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsindən Avrasiya.net-ə verilən məlumata görə, iş araşdırılması üçün hakim İlham Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələki açıqlanmayıb.

İttihama görə, bu ilin fevralın 1-də Yasamal rayonu ərazisində Dilarə Bəhmənovanın bıçaqla çoxsaylı xəsarətlər yetirilərək öldürülməsinə cəhd edilməsi faktı üzrə Yasamal Rayon Prokurorluğunda başlanan cinayət işi və Dilarə Bəhmənovanın ölümlə hədələnməsi ilə bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində istintaq edilən cinayət işi bir icraatda birləşdirilib.

İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla zərəçəkmişin keçmiş əri Ceyhun Bəhmənovun Dilarə Bəhmənovanı yenidən birgə yaşamaları üçün evə qaytarmaq məqsədilə bir neçə dəfə ölümlə hədələməsinə, sonuncunun bundan imtina etməsi səbəbindən qeyd edilən tarixdə aralarında yaranan mübahisə zamanı soyuq silah hesab edilən bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Ceyhun Bəhmənovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adamöldürməyə cəhd), 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Ceyhun Bəhmənov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ceyhun Bəhmənovun atası Nizami Bəhmənov 1992-2008-ci illərdə Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

O, 2008-ci ildə vəfat edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər