15 sen 09:34hadise

Bakıda sərnişin avtobusu yandı

Bakıda sərnişin avtobusu yandıBu gün səhər saat 06:10 radələrində 88A nömrəli müntəzəm marşrut xətti üzrə 99JH038 Dövlət Qeydiyyat Nişanlı avtobusda yanğın hadisəsi olub.

Avrasiya.net-in məlumatına görə, hadisə avtobus başlanğıc dayanacaq məntəqəsindən depoya qayıdan zaman baş verib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevin verdiyi məlumata görə, avtobusda texniki nasazlıq hiss edən sürücü depoya qayıtmaq istəyib:

"Avtobus boş olub və xəsarət alan yoxdur. Yanğının səbəbləri araşdırılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

İlkin mütəxəssis rəyləri son 15 gündə sayca ikinci avtobusda yanğın hadisəsinin olmasını BakuBus avtobuslarının iki aydan artıqdır ki, fasiləsiz istismarı ilə əlaqələndirirlər. Onların sözlərinə görə metronun işləmədiyi 72 gün ərzində BakuBus MMC-nin depolarındakı avtobuslar tam sayda daşımalara cəlb olunub. Yəni qarajlarda ehtiyyat avtobus saxlanılmırdı çünki yüksək sərnişin tələbatını qarşılamaq lazım idi. Bu isə öz növbəsində avtobusların dövrü təmir işlərinin icrasına təsir edir.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.