Sizin Reklam Burada

Bərdədə ana-bacısını öldürən şəxslə bağlı – Yeni xəbər

Bərdədə ana-bacısını öldürən şəxslə bağlı – Yeni xəbərBərdə rayonunda anası və bacısını güllələyərək qətlə yetirməkdə ittiham olunan Toğrul Zeynallının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Avrasiya.net xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Xəqani Səmədovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin iyunun 1-də gecə saat 4 radələrində Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində iki şəxsin odlu silahla qətlə yetirilmiş meyitlərinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin işirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirib.

İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

İlkin araşdırmalarla həmin gün saat 03 radələrində Alaçadırlı kəndində yaşayan Toğrul Zeynallının yaşadığı evdə qısqanclıq zəminində tüfəngdən atəş açmaqla anası Nəzirə Zeynalovanı, daha sonra yaşadıqları evdən təxminən 200 metr aralıda isə bacısı Əminə Zeynalovanı öldürərək hadisə yerindən qaçdığı müəyyən edilib.

Hadisə yerindən qaçan Toğrul Zeynallı ötən gün günorta saatlarında Bərdə rayon polis şöbəsinə gələrək təslim olub.

Saxlanılan şəxs Bərdə rayon Pokurorluğuna təhvil verilib.

Toğrul Zeynallı hadisəni qısqanclıq zəminində törətdiyini etiraf edib.

İstintaq orqanı tərəfindən Toğrul Zeynalının barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə ittiham elan edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər