Salyanda qara maskalı manyaklar peyda oldu - Video
Dərc olunub:
10-09-2020, 21:04
Salyanın Xıdırlı kənd sakinlərinin yuxusu son bir həftədir ərşə çəkilib. Səbəb kənddə manyakların peyda olmasıdır. İddia olunur ki, 3 nəfərdən ibarət qara maskalı şəxslər əsasən gecə saatlarında qapı-pəncərəni döyür, evlərin, damların üstünə çıxaraq gəzir, ot tayalarını, yorğan-döşəyi dağıdırlar.
Avrasiya.net xəbər verir ki, ARB məsələ ilə bağlı geniş sujet hazırlayıb.