Azərbaycanda nazirlik əməkdaşı bu sözləri yazıb intihar etdi - MƏTN/FOTO

Azərbaycanda nazirlik əməkdaşı bu sözləri yazıb intihar etdi - MƏTN/FOTOXəbər verildiyi kimi Sabirabad Gənclər İdman İdarəsinin əməkdaşı Rauf Əsədov özünü yaşadığı mənzildə asaraq intihar edib.

Avrasiya.net xəbər verir ki, o, intihar etməzdən əvvəl feysbuk hesabında intiharı ilə bağlı paylaşıb. R.Əsədov yazıb:

"Ağlatdığın bir qadının göz yaşlarını ya o an silərsən, ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan! Elə bilməyin asandır bir anda hər şeydən imtina edib getmək ?! yox çox çətindir! Çox!

Heç kim sənin nələr yaşadığını bilməz. Heç kim sənin nə dərdin olduğunu bilməz. Heç kim sənin içində nələr çəkdiyini bilməz! Heç kim sənin nələr ilə mübarizə apardığını bilməz. Hətta heç kim sənin necə bir insan olduğunu belə bilməz. Amma hər kəs səni tanımadan sənin haqqında artıq-əksik danışmağı çox yaxşı bilər...Həyatda bağışla deyeceyim iki insan var, Həyat yoldaşım və oğlum ! Bağışlayın məni Sizə layiq ola bilmədim! Həyat yoldaşım hərzaman başımı uca etdi, bu hamı üçün pis səslənə bilər amma mən sənin kimi namuslu , sevgi dolu qadın görmədim! Sənin ayaq tozuna layiq olmayanlara dəyişdim səni bağışla məni! Üzülmə , dik dur Romana görə dik dur! Bütün dostlarıma, birazdan əlvida deyeceyim həyatda məni tanıyan hər kəsə məni asla qınamayın və pis olmayın deyirəm!

Sən mənim həyatımsan oğlum!

Olduğun yer nəfəsdir, mənə

Sən qolum-qanadimsan oğlum!

Varlığın belə yaşamağa bəsdir mənə...Bu sözləri hər gün dəyəcey qədər həyat dolu biriydim mən! Heyf, heçbisey göründüyü kimi deyil...

Əlvida !"

Qeyd edək ki, faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər