Bakıda ata oğlunu bıçaqladı
Dərc olunub:
5-09-2020, 09:26
Bakıda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.
Avrasiya.net xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.
“Qobu park” adlanan ərazidə 1992-ci il təvəllüdlü Mürşüdzadə Mürşüd Rövşən oğlu atası tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.