Sizin Reklam Burada

Baqajda Bakıya gəlmək istəyən daha 3 nəfər saxlanıldı

Baqajda Bakıya gəlmək istəyən daha 3 nəfər saxlanıldıBaş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) karantini pozmaq istəyən sürücü ilə bağlı məlumat yayıb.

BDYPİ-dən Avrasiya.net-ə daxil olan məlumatda deyilir:

"24.08.2020-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhər sakini Məmmədalıyev Əbdürrəhman Tofiq oğlu idarə etdiyi “Renault” markalı, 10-JF-296 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qapalı yük yerində Cəlilabad rayon sakinləri Məlikov Ramil Akif oğlu, İbrahimov Barat Zərbala oğlu və Lerik rayon sakini Həmidov Rövşən Müseyib oğlunu Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən xüsusi karantin postundan paytaxt istiqamətinə keçirmək istəyərkən DİN Baş DYP İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Yoxlama zamanı avtomobilin yük yerində daşınan sərnişinlərin müvafiq icazələri olmadan karantin rejimini pozmağa cəhd etdiklərinə, eləcə də sürücünün xüsusi karantin rejimi ilə yanaşı sərnişin daşıma qaydalarını da pozduğuna görə hər birinin barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəmə orqanlarına göndərilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər