Sizin Reklam Burada

Saatlıda oğul anasını bıçaqladı

Saatlıda oğul anasını bıçaqladıAvqustun 19-da saat 19 radələrində Saatlı rayon sakini, 1968-ci il təvəllüdlü Afət Mehdiyevanın yaşadığı evdə bıçaqlanaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Saatlı rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin oğlu 1993-cü il təvəllüdlü Raqif Mehdiyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirməklə Afət Mehdiyevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Raqif Mehdiyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər