Sizin Reklam Burada

Daha bir İcra başçısının həbs xəbəri yayıldı

Daha bir İcra başçısının həbs xəbəri yayıldıBaş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu gün Kürdəmir rayon İcra Hakimiyyətində vətəndaşlardan daxil olan şikayətlər əsasında xüsusi əməliyyat keçirib.

Avrasiya.net xəbər verir ki, haqqin.az-ın yaydığı məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xüsusi əməliyyatı zamanı Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov saxlanılıb.

Ceyhun Cəfərovla birgə icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və başqalarının da saxlanıldığı bildirilir.

Məlumata görə, vəzifəli şəxslər rüşvət almaqda, dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.

Baş Prokurorluğun Mətbuat xidməti Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi faktı ilə bağlı ictimaiyyətə geniç məlumat veriləcəyini bildirib.

Qeyd edək ki, Kürdəmir RİH-nin başçısı Ceyhun Cəfərov 2014-cü ildən bu vəzifədə çalışır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər