Sizin Reklam Burada

Məktəbli qız qonşuları tərəfindən döyülüb? - İttiham

Məktəbli qız qonşuları tərəfindən döyülüb? - İttihamYeni Ramana qəsəbəsində yaşayan Səbuhə Səfərova Avrasiya.net-ə yazaraq qonşu qadınlar tərəfindən döyüldüyünü bildirib.

S.Səfərovanın saytımıza göndərdiyi məktubu olduğu kimi təqdim edirik:

Mən Səfərova Səbuhə Valeh qızı 2004-cü ildə anadan olmuşam. Hal-hazırda 16 yaşım var və Yeni Ramana 90№-li orta məktəbin 10-cu sinif şagirdiyəm.

28 iyulda qonşuluqda yaşayan Günel Əsgərovanın evindən həddindən artıq səs-küy gəlirdi. Bu hallar tez-tez baş verirdi. Bu dəfə mən bu səs-küyə dözə bilməyib 13 yaşlı qızı Leylanı pəncərəyə çağıraraq iradımı bildirdim. Bu zaman anası Günel və Günelin bibisi Tünzalə məni küçə söyüşləri ilə təhqir etdi. Mən də ona təhqirləri qarşısında anqırma dedim. O anda qapıma gəlib qapını açmağa məni məcbur etdilər.

Mən qapını açan zaman içəri daxil olub Tünzalə mənim saçımdan tutub yolmağa başladı və Günel ona müdaxilə edərək məni döyməyə başladılar. Səs-küyə gələn qonşu Aygün və Nigar bizi ayırmağa çalışdılar. Onların bizi ayırmağına baxmayaraq Tünzalə və Günel məni vurmağa davam etdilər. Aygün və Nigar məni güclə də olsa əllərindən alıb evə saldılar və qapını bağladılar. Mən də atama zəng edib hadisəni danışdım və atam işdən evə gəldi.

Atam evə gəldi və mən məsələni daha aydın danışırdım ki, Tünzalə, Günel və Günelin anası içəri daxil oldular. Atam məni vurmaqlarının səbəbini soruşdu və Tünzalə atamın qarşısına keçib mən vurmuşam dedi. Atam onlara 102-ə şikayıət edəcəyini bildirdi. Tünzalə qollarını atama gösstərib “bax mən dəliyəm heç kim mənə heçnə edə bilməz” dedi.

Atam da qollarındakı lezva izlərini gördü. Atam susdu və sakitcə hamısını çölə çıxartdı. Sonra 102 xidmətinə şikayət etdi. 102 bizi Sabunçu rayonu 12 nömrəli polis bölməsinə dəvət etdilər. İzahatımı alıb ekspertizaya göndərdilər. Bizə deyildi ki, “gedin ekspert rəyi çıxdıqdan sonra sizə məlumat verəcəyik”. 04.08.2020-ci ildə 12 nömrəli bölmədən atam xəbər veribdi ki, “ekspertin rəyi çıxdı”.

Həmin gün sahə müvəkkili Xəyal atama zəng edərək ünvanı soruşdu. Atam ünvanı dedikdən sonra sahə müvəkkili qonşuya onlar barəsində şikayət olunduqlarını bildirdi və 12 nömrəli polis bölməsinə dəvət etdi. Sahə müvəkkili getdikdən sora Günel və Tünzalə hay-küy qaldıraraq təhqiredici sözlərlə təhqir etdilər. Sonra 103 xidmətini çağıraraq özlərini xəstə vəziyyətinə qoydular.

07.08.2020-ci il ildə 12 saylı polis bölməsinə çağırıldıq. Polis bizə bildirdi ki, Günel izahatında mənim onu döydüyünü yazıb. Lakin mənim onu elə vuracaq qədər gücüm yetməzdi.

Sizdən xahişim belə qadınlar uşaq qatili adı verəsiniz. Qonşum Aygün və Nigar olmasaydı onlar məni öldürə bilərdilər.
Məktəbli qız qonşuları tərəfindən döyülüb? - İttiham
Məktəbli qız qonşuları tərəfindən döyülüb? - İttiham
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər