09 avq 07:35hadise

Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi

Bakıda polis onu bıçaqlayan oğrunu güllələdiBakıda polisə soyuq silahla xəsarət yetirilib.

Hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, polis əməkdaşı oğurluq edən şəxsi yaxalayan zaman cinayətkar ona bir neçə bıçaq zərbəsi endirib. Nəticədə polis həyatını qorumaq və oğurluq edən şəxsin ərazidən qaçmasının qarşısını almaq üçün öncə havaya, daha sonra ona atəş açıb.

Ayağından güllə yarası alan 1994-cü il təvəllüdlü Elşad Əsədov və hüquq mühafizə orqanın əməkdaşı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Hazırda hər iki şəxs həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır. / "Report"
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.