Sizin Reklam Burada

Bakıda qardaş bacısını və onun sevgilisini BIÇAQLADI

Bakıda qardaş bacısını və onun sevgilisini BIÇAQLADIİyulun 25-də gecə saat 02 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1994-cü il təvəllüdlü Zümrüd Sadıqovaya və onunla birlikdə yaşayan, 1987-ci il təvəllüdlü İsmayıl Həmidova çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.

Yasamal rayon Prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, o cümlədən digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla 1996-cı il təvəllüdlü Sadiq Sadıqovun həmin gün saat 13 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bacısı Zümrüd Sadıqovaya və sonuncu ilə birlikdə yaşayan İsmayıl Həmidova çoxsaylı bıçaq xəsarətləri yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Sadiq Sadiqov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər