05 iyl 10:06hadise

Naftalanda ər bıçaqla arvadını öldürdü, qızını ağır yaraladı

Naftalanda ər bıçaqla arvadını öldürdü, qızını ağır yaraladı  Naftalanda ər bıçaqla arvadını öldürüb, qızını isə ağır yaralayıb.

Hadisə axşam Naftalan şəhərində baş verib.

Ailə münaqişəsi zəminində ər 1979-cu il təvəllüdlü həyat yoldaşı Elmira Elm qızı Verdiyevanı və 2002-ci il təvəllüdlü Həsənova Aysunu bıçaqlayıb.

Hər iki yaralı xəstəxanaya aparılsa da, Elmira Verdiyeva aldığı xəsarətdən ölüb. A.Həsənova reanimasiyaya yerləşdirilib.

Faktla bağlı şəhər prokurorluğundan cinayət işi başlanıb. (APA)
XƏBƏR LENTİ
SORĞU