Sizin Reklam Burada

Bakıda şok hadisə: MTN polkovniki işçisini öldürməklə hədələdi – Təfərrüat

Bakıda şok hadisə: MTN polkovniki işçisini öldürməklə hədələdi – Təfərrüat"Lider-N" MTK-nın rəhbəri Nazim Quliyev podratçısı olan Anar Namazovu öldürməklə hədələyib.

Bu barədə Teleqraf.com-a müraciət edən şikayətçi Anar Namazov bildirib.

O, qeyd edib ki, Nazim Quliyevin şirkətləri - "Lider - Aytac", "Lider - F" və "Lider -N" MTK-ların podratçısı olub:

"Nazim Quliyevlə birlikdə Sumqayıt şəhəri, Heydər Əliyev prospektində hündürmərtəbəli yaşayış binasının tikintisini podratçı kimi müqavilə və forma-2 əsasında bitirərək təhvil vermişəm. Forma-2 əsasında 70 min manat məbləğində mənə vəsait ödənməli idi. Amma həmin pulu ödəmədi. Nəsimi rayonundakı Cəlil Məmmədquluzadə, Nərimanov rayonundakı Dəmirçizadə küçələrində olan hündürmərtəbəli binaların tikintisini də podratçı olaraq mənim tərəfimdən həyata keçirilməsini istədi. Dedi ki, Sumqayıt da gördüyümüz işdən qalıq 70 min manatı bu işi gördüyümüz müddətdə yavaş-yavaş ödəyəcəm.

Mən də paytaxtın bu iki rayonda görüləsi işləri icra elədim və Nazim Quliyevə təhvil verdim. Bu işlərdən də Nazim Quliyev mənə əlavə olaraq 150 min manat borclu qaldı".

Anar Namazovun sözlərinə görə, bundan sonra Sumqayıtda və Bakıda görüləcək işlərin pullarını Nazim Quliyevdən istəyib: "Həmin pulların böyük bir hissəsi işə götürdüyüm vətəndaşların əməkhaqqısı və tikinti materiallarına ödəniləcək məbləğlərdir. Fəhlələrin əməkhaqlarının verilməsi, borclu qaldığım materialların pulları qaytarmaq üçün Nazim Quliyev ilə yenə də görüşdüm, ondan pulu istədim.

O isə kobud cavab verərək məni öldürməklə hədələdi. Həmin vaxt bizim yanımızda olmuş üç şahdim də var. Mənə bildirdi ki, Dağıstanda adamlarım var, 100 min manata səni aradan götürdərəm, Anar, bunu da sən yaxşı bilirsən. Bundan sonra keçmiş şəriki olmuş Elxanın adını çəkdi və bildirdi ki, səni də onun vəziyyətinə salarıq, onun kimi evində özünü güllələyərsən.

Bu danışıqdan sonra otağı tərk etdim və ofisin həyətinə düşdüm. Nazim Quliyev də arxamca ofisdən çıxdı və Cəlil Məmmədquluzadə küçəsində 10 VO 888 “Mercedes S klass” markalı avtomobilimə yaxınlaşdı, arxa yük yerini açaraq orada olan silahı mənə nümayiş etdirdi. Bildirdi ki, bununla səni öldürərəm, məndən uzaq dayan, MTN-in keçmiş polkovnikiyəm, mənə heç kim heç nə etməyib, bundan sonra da edə bilməz. Nazim Quliyevin məni öldürməklə hədələməsinə orada olan iki nəfər də şahid olub".
Bakıda şok hadisə: MTN polkovniki işçisini öldürməklə hədələdi – Təfərrüat
Şikayətçi bildirib ki, bundan sonra məcbur qalaraq evini, maşınını satıb, bankdan kredit götürərək işçilərin əməkhaqqısını, tikinti üçün alınan materialların pullarının bir qismini ödəyib.

Onun sözlərinə görə, Nazim Quliyev tərəfindən ona 300 min manatdan çox ziyan dəyib.

Anar Namazov qeyd edib ki, Nazim Quliyev tərəfindən ölümlə hədələnməsi və onun dələduzluğu ilə üzləşməsi ilə bağlı Nəsim rayon Prokurorluğuna şikayət edib. Onun şikayəti əsasında prokurorluqda araşdırma başlanıb.

Mövzunu diqqətdə saxlayacağıq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər