Samur-Abşeron kanalında boğulan 2 nəfərin meyiti TAPILDI

Samur-Abşeron kanalında boğulan 2 nəfərin meyiti TAPILDIBu gün Samur-Abşeron kanalında boğulan 2 nəfərin meyiti tapılıb.

Avrasiya.net xəbər verir ki, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Qusar rayonu, Samur qəsəbə sakinləri - 1993-cü il təvəllüdlü Əlirzayev Əlirza Tofiq oğlu və 1988-ci il təvəllüdlü Qasımov Vadim Ənibala oğlunun meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.