Azərbaycanda iki nəfər kanalda batdı
Azərbaycanda iki nəfər kanalda batıb.
Fövqəladə Hallar Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Samur-Abşeron su kanalının Qusar rayonu, Samur qəsəbəsi ərazisindən keçən hissəsində 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.